Ermənilər Azıx mağarasının altını üstünə çevirirlər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında rəsmi Bakının icazəsi olmadan qanunsuz arxeoloji qazıntı işləri davam etdirilir.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, ermənilərə məxsus sosial şəbəkələrdə Azıx mağarasında aparılan qanunsuz ekspedisiya işlərini özündə əks etdirən ən yeni fotolar yerləşdirilib. Bu fotolardan məlum olur ki, əraziyə dəvət etdiyi beynəlxalq arxeoloqlar qrupunun köməyilə Azıx mağarasının altını üstünə çevirən Ermənistan rəhbərliyi növbəti fitnəkar əməllərə imza atmaqdadır.
Hazırda Azıx mağarasında qazıntı ilərini davam etdirən beynəlxalq arexeoloqlar qrupuna Ermənistan, İngiltərə, İrlandiya və İspaniya alimləri daxildir. Beynəlxalq tədqiqatçılar qrupuna İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan başçılığı edirlər.
Verilən məlumatlardan belə məlum olur ki, ermənilər Azıx mağarasındakı ekspedisiya işlərinə təkcə əcnəbi ailmləri cəlb etməyiblər, bura həm də xarici elm ocaqlarında təhsil alan aspirantlar, dissertantlar və eyni zamanda jurnalistlər dəvət olunublar.
Ekspedisiya qrupu Azıx mağarasındakı son qazıntılar nəticəsində dünya elminə gərəkli olan çoxlu qiymətli materiallar aşkar edib. Şübhəsiz ki, bu tapıntılar dünyaya erməni maddi tarixi-mədəniyyət nümunələri kimi təqdim ediləcək.
İşğal altındakı Fizuli şəhərindən 16 km aralıda yerləşən, Qururçay sahilindəki məşhur Azıx mağarası ibtidai insanların yaşayışını, məişətini və dünyagörüşünü tədqiq etmək baxımından həmişə alimlər üçün böyük maraq kəsb edib.
Hazırda Qarabğdakı separatçı rejimin nəzarəti altında olan Azıx mağarasında qanunsuz tədqiqat işləri 1999-cu ildən başlayaraq bu günümüzdə də davam etdirilir.
300-350 min il bundan əvvl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir.
Azıx mağarasında çəkilmiş ən son fotoşəkilləri təqdim edirik.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
XƏBƏR LENTİ
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?





