Cəmiyyət

Fitr bayramının namazı necə qılınır?

14 İyul 2015 23:15
5 Şərh     Baxış: 32 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fitr bayramında müstәhәbdir ki, gün qalxandan sonra bir şey yeyib, fitrә zәkatı verәndәn sonra bayram namazı qılsınlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, Fitr bayramı namazı iki rәkәtdir. Birinci rәkәtdә Hәmd-Surәdәn (Fatihə və hər hansı surə, məsələn İxlas surəsi) sonra beş tәkbir deyilmәlidir, amma hәr tәkbirdәn sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isә bir tәkbir deyib (6-cı təkbir olur) rüku vә iki sәcdәni yerinә yetirib ayağa qalxmalı, ikinci rәkәtdә isә (Hәmd-Surәdәn sonra) dörd tәkbir deyilmәli, hәr tәkbirdәn sonra bir qunut tutub beşinci tәkbirdәn sonra rüku, sәcdәni yerinә yetirib namazı qurtarmaq lazımdır.

Fitr bayramı namazının qunutunda hәr dua oxunsa, kifayәtdir. Amma ən çox təkid olunan dua budur: "Allahummə əhləl kibriyayi vəl əzəmə və əhləl cudi və-cəbərut və əhləl əfvi vər-rəhmə və əhlət-təqva və məğfirə. Əsəlukə bihəqqi hazəl yəumi əlləzi cəəltəhu lilmusliminə ida Və İl Muhəmmədin səllallahu ələyhi və alih zuxrən və şərəfən mə kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədə və ali Muhəmməd. Və ən tuxricəni min kuli suin əxrəctə minhu muhəmmədən və ali Muhəmməd. Sələvatukə ələyhi və alih. Allahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəl muxləsun və əuzu bikə mimmastəfzu minhu ibadukəl muxləsun" (Duanın əzbər bilməyənlər mətnini kağızdan oxuya bilərlər).

Müstәhәbdir ki, Fitr bayramı namazında qiraәt ucadan olsun.
islam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.