Daha hansı veriliş bağlansın? - MÜZAKİRƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heç bir insan səhvdən sığortalanmayıb. Hər birimiz həyatımızda ara-sıra səhvlərə yol vermişik. Ancaq bəzən kiçik bir səhv böyük bir kütlənin heysiyyatına toxuna bilir. Hiddətinə səbəb olur. Əgər həmin səhvi edən ictimai şəxsdirsə, vəziyyət daha da pisləşir.
Ötən gün ölkə gündəminə yenidən aparıcı məsələsi gəldi. ANS telekanalının "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzova efirdə olarkən inanclı qadınların təhqir saydıqları ifadələri işlətdiyi üçün işdən azad edildi. Telekanalın vitse-prezidenti Mirşahin Ağayev bildirdi ki, aparıcının fikirlərinə görə kanal rəhbərliyi məsuliyyət daşıyır, bu səbəbdən də aparıcıya qarşı ən sərt tədbir görülüb.
"Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı heysiyyatına toxunulub və ANS rəhbərliyi kimi biz tamaşaçılardan üzr istəyirik", - Mirşahin Ağayev dedi.
Bu arada xatırladaq ki, son bir neçə həftənin içində bu artıq ikinci aparıcı qalmaqalıdır. Bundan əvvəl ATV telekanalının aparıcısı Mətanət Əliverdiyevanın da efirdə səsləndirdiyi fikirlər narazılığa səbəb olmuşdu. Hər iki səhvi edənlər kifayət qədər tanınmış və peşəkar aparıcılardır. Onların kifayət qədər tanınmış olmaqları etdikləri səhvlərin miqyasını daha da böyüdür.
Televiziya böyük auditoriyanı əhatə edir, hər bir evə daxil olur. Evlərdə hər kəsin diqqəti televiziyadadır. Kiminsə evinin içinə girib onu təhqir edə biləcək ifadələrdən hər kəs çəkinir. Elə aparıcılar da bunu dərk etməlidirlər.
Mövzunun kifayət qədər ciddi olduğunu nəzərə alaraq bu barədə müzakirə açmaq qərarına gəldik. Bəs siz necə düşünürsünüz? Aparıcılar efirlərdə necə ifadələrə yol verə bilməzlər? Hazırda Azərbaycanın efir məkanında yayımlanan hansı verilişdə insanların heysiyyatına toxunan ifadələr səslənir? Hansı veriliş bağlanmalıdır?
Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun





