Bakının bu gün yasaq edilən yolu bəs sabah kimin olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçiriləcək Avropa Oyunları zamanı yol hərəkətində bəzi yeniliklər ediləcək. Bunlardan biri də oyunlar üçün yollarda çəkilmiş xüsusi zolaqlardır.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyir ki, ötən şənbə günündən artıq çəkilən zolaqlara maşınların girişini qadağan edən nişanlar quraşdırılır. Müəyyən edilən nəqliyyat vasitələrindən savayı, digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. İşlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək. Qaydanı pozanlar isə cəzalanacaqlar. Cərimə protokolları yazılarkən İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə istinad ediləcək. Cərimənin miqdarı isə 40 manat olacaq.
Qurum rəsmisi onu da bildirib ki, I Avropa Oyunları ilə əlaqədar müəyyən edilən küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara daim nəzarət olunacaq.
Avropa Oyunları sırasında həmin qaydaların tətbiq edilməsi təşəbbüsü alqışa layiqdir. Çünki şəhər küçələrində bəzən elə tıxaclar olur ki, oyunlar zamanı idmançıların və nümayəndə heyətlərini bir yerdən başqa yerə daşınması çətinləşə bilər. Belə qaydaların tətbiqi, sözsüz ki, ən azı, idman ictimaiyyətinin Bakıda rahat nəqliyyatını təmin edəcək.
Ancaq məsələnin başqa bir tərəfi də var. Çəkilən zolaqlar gələcəkdə şəhərdə təcili yardım, yanğınsöndürən, polis və başqa bu kimi xüsusi nəqliyyat vasitələrinin xidmətinə verilsə, yaxşı olmazmı?
Təcrübə göstərir ki, Bakıda tıxacların ucbatından bəzən təcili yardım və yanğınsöndürmə maşınları mənzil başına vaxtında çata bilmirlər. Xüsusi zolaqların tətbiqi isə onların işini xeyli rahatlaşdırar. Nəticədə insanlarımız təcili yardım maşınının tıxaclarda qalmasından ölməzlər. Yanğınlar vaxtında söndürülər. Cəmiyyətə təhlükə yaradan canilər vaxtında zərərsizləşdirilər.
Həmin zolaqlara daxil olan sürücülər üçün 40 manat deyil, daha yüksək cərimənin tətbiqi işi daha da effektiv edərdi.
P.S. Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular? Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.
Teymur Hacıyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun





