Cəmiyyət

ATV aparıcı Mətanətə haqq qazandırdı - RƏSMİ AÇIQLAMA

21 May 2015 13:08
11 Şərh     Baxış: 7 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında 21.05.2015 tarixində Bədii Şuranın iclası keçirilib və 20.05.2015 tarixində yayımlanan "Gündəlik" verilişi müzakirə olunub.

Milli.Az-a ATV-dən daxil olmuş açıqlamada deyilir: "Sosial şəbəkələrdə və bəzi internet portallarında verilişin aparıcısı Mətanət Əliverdiyevanın yayım zamanı işlətdiyi bəzi sözlər bilərəkdən dəyişikliyə məruz qalaraq, kontekstdən çıxarılaraq təqdim edilməsi qiymətləndirilib. ATV-də canlı yayımlanan verilişlərdə iştirak edən bütün əməkdaşlara tövsiyə olunub ki, bu cür həssas məqamlarda fikirlərini ifadə edərkən son dərəcə diqqətli olsunlar. Çünki bəzi məkrli media qurumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq, öz mənafelərinə uyğun formada təqdim edirlər. Və beləliklə də ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar.

Baxmayaraq ki, TV-lər sırasında ilk olaraq ATV kanalı öz proqram siyasətinə dəyişiklik edərək şou verilişlərin yayımını dayandırıb, bundan başqa, hadisə yerindən ardıcıl olaraq xəbərlər yayımlayıb. Bəzi həmkarlarımızı görülən bu işlərə kölgə salmaqdan və diqqəti əsas faciədən yayındırmaqdan çəkinməyə çağırırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.