Ədəbiyyat yalançı tarixçilərə qarşı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1915-ci il hadisələrinin şahidi olan rus yazıçısı "soyqırımı" haqqında mifi ifşa edir
Təxliyyə mərhələsi
Müəllif bir dəfə də olsun sürgün haqqında danışmır, yalnız təxliyyə haqqında. Van şəhərindən uşaqların təxliyyə edilməsinin şahidi və iştirakçısı kimi, o, çar ordusu tərəfindən əhalinin təxliyyəsinin təşkili haqqında danışıb. Romanda çar hökuməti tərəfindən qaçqınlara kömək edilməsi üçün yaradılan sistem geniş təsvir olunub. Misal üçün, təxliyyəni təşkil edənlərdən biri "Dövlət Dumasının millət vəkili, əməkçi partiyasının üzvü və Başkalin rayonunun rəsmisi Lyaxoviçkiy olub". Romanın digər qəhrəmanı, Por-Kox təxliyyə mərhələsinin rəisi, praporşik Serqeyevdir. Qaçqınların qida ilə təminatı və mühafizəsi, həmçinin onların "Rusiya Ermənistanına" göndərilməsi təxliyyə mərhələsinin vəzifəsi idi.
Van Kürdüstanı haqqında danışarkən, müəllif onun heyrətamiz olduğunu qeyd edir. Burada 200 xanın olması və feodal sisteminin tamamilə qorunması bu heyrətamizliyin göstəricisidir. "Kürdüstandan o tərəfə isə Türkiyədir. Bəli, bu ölkənin sahibi yoxdur..." Romanda 200 xandan biri olan Kərim xan haqqında danışılır: "O, Paris Universitetinin fəlsəfə doktoru olub. Əla rəssamdır. Biz keçən il Erməni-Bulağı və Bokanı tutanda onun sarayı talan edilmiş və dağıdılmışdı. Xanın bütün rəsmləri məhv olmuşdu. Sizcə bu vəhşi bundan sonra nə etmişdi? O, sadəcə olaraq, sarayın xarabalıqları arasında ürək tutmasından vəfat etdi".
Oxucuya tanış olan vətənpərvər Kostya ermənilərin növbəti dəfə şəhərə qayıdışından bir il öncə bunları deyib: "Van şəhərinin vətəndaşları. Siz yenidən öz şəhərinizə qayıtmısınız... Bizim həyatımızdan başqa heç nəyimiz qalmayıb və biz bunun uğrunda, aclıqla, xəstəliklə və ölümlə mübarizə aparacağıq".
"Kim bunu edir?"- növbəti dəfə Kostya dostlarına sual verir: "Burada rahat, təhlükəsiz şəraitdə qalmaq mümkün olduğu halda, 10 minlərlə insan susuz yollarla şimala tərəf qovulub. Nə qədər insan xəstələndi, vəfat etdi, nə qədər uşaq həyatını itirdi".
İkinci "gediş" zamanının zarafatları
"Kürdlər"- deyə solğun Artavazd qışqırdı. Mosyan mauzeri götürdü, Vaqarşak və Paxçan isə naqan silahlarını götürərək, Siranuşu evin küncünə tərəf apardılar və onun qarşısında durdular. Kütlə otağa daxil oldu. Qabaqda duran Ayrapet bir nəfərin çiyninə söykənərək gülməyə başladı..."
Bu yalançı həyəcan idi, zarafatcıl Ayrapet dostlarını aldatmışdı. Ümumi sevinc. Bu həyəcana görə bir şey ödənilməsi tələbi. "Bir ödənc verəcəyik. Şərab və mahnı". Ayrapet söz verir və oxumağa başlayır:
Bülbül bağa çağırır,
Mənim qızılgülüm, can, can.
- Eh, burada kamança, zurna çalan olsa idi! - Paxçan bağırdı.
- Aşıqlar! - Artavazd arzu ilə əlavə etdi.
Bir çox insanlar soyqırımını fərqli təsəvvür edirlər. Bəli, bu hissədə "erməni soyqırımı" dövrünə aid olan əyləncə təsvir olunub. "Erməni soyqırımı" zamanının məclisinin təsvir olunduğu bu fəsil də tamam fərqli - "yeni məskunlaşma" kimi adlandırılıb.
Vanda toy
"Şəhər canlanırdı. Emalatxanalar bərpa olunurdu". Aşot, Vartan, Tiqran və digər qəhrəmanlar dostlarının toyuna dəvət olunublar. Lakin Tiqranın vacib işləri var. O, Akopun dükanından monpasye (şirniyyat növü -müəl.) alaraq, dostlarından gizli şəhərin türk məhəlləsinə gedir. Qoca kürd qadının və erməni qızı Şamiramın yaşadığı evə daxil olur. Daha sonra o, toya gedir və burada dostları ilə əylənir. Əgər bu "soyqırımı" adlandırılırsa, onda toy vaxtı əylənmək kütləvi qida zəhərlənməsidir. Onlar mahnı oxuyurlar. Çox vaxt zeytunçuların marşını ifa edirlər:
Sübh zeytunçuları yola çağırır,
Silahları götürün, atları yəhərləyin!
Şərab içirlər və zarafat üçün kimsə "Kürdlər"-deyə qışqırır. Bu zaman hamı silahları götürməyə başlayır. Bir sözlə, hamı əylənir. Sonda yenidən bülbül və qızılgül haqqında mahnını oxuyurlar...
Belə bir təəssürat yaranır ki, ya romanın müəllifi aldadılıb və Türkiyənin Van şəhərinə deyil, "soyqırımı"ın olmadığı başqa şəhərə aparılıb, ya da ki, hər şey həqiqətən də belə olub. Belə olduğu halda ritorik sual meydana çıxır: "erməni soyqırımı" adlı uydurma bir isteriyanı davam etdirməyin mənası varmı?
Yeri gəlmişkən, Kostya toyda çıxışı zamanı qeyd edir: "Bizim yaşadığımız torpaq parçası iki dəyirman - Şərqlə Qərb arasında yerləşir... Biz bilirik ki, çar Rusiyası şəkər deyil, lakin biz çardan deyil, rus xalqından müdafiə olunacağımızı gözləyirik..."
P.S. Mən hesab edirəm ki, Serqey Qorodetskinin "Semiramidanın asma bağları", "Al qasırğa" başda olmaqla bir çox oçerkləri Azərbaycan, türk, ingilis dillərinə tərcümə edilməlidir. Həmin dövrün hadisələrinin iştirakçısının obyektiv fikirləri tarix üçün çox qiymətli sənəddir.
Heç kim müəllifi ermənilərə qarşı mənfi fikirdə olmaqda ittiham edə bilməz. O, erməni müəlliflərinin şeirlərini tərcümə edib və erməni-rus ədəbiyyatının əlaqələrinin möhkəmlənməsi üçün bir çox işlərə imza atıb. O, ilk dəfə 1919-cu ildə, hələ "soyqırımı" mifi barəsində fikirlər yeni yaranan zaman Tbilisinin "Orion" jurnalında "Al qasırğa" povestini dərc etdirib.
"Semiramidanın asma bağları" 1924-1927-ci illərdə yazılıb və ilk dəfə "Ermənistan ədəbiyyatı" jurnalında dərc olunub. Tarixi faktların manipulyasiya edilməsindən və "erməni soyqırımı" haqqında mifin yaradılmasından öncə, həmin dövrün iştirakçısı tərəfindən yazıldığı üçün bu povest tarixi əhəmiyyətə malikdir.
"Erməni soyqırımı"nı tanımayan şəxsin məhkəmə tərəfindən təqib edilməsi S.Qorodetskinin kitablarının yandırılmasının tələb olunmasına bərabərdir. Lakin birinci hal üçün Fransada real olaraq cəza almaq mümkündürsə, kitabların yandırılması orada orta əsr barbarlığı kimi qəbul olunur. Bu povestlərin yazılma tarixi və çapı "soyqırımı" mifini yaradan şəxslərin əsl motivlərini ifşa edir.
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar





