Hadisə

Azərbaycanda toy yasa döndü: Ölənlər və çoxlu yaralılar var - YENİLƏNİB - FOTO

3 Yanvar 2026 23:42
Baxış: 5 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. S. Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb".

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a bildirilib.

Məlumatda, həmçinin, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

------------

Astarada mikroavtobusun aşması nəticədində iki nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, qəzada ölənlərin 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova olduğu bildirilir.

Qəzada 5 nəfər xəsarət alıb. Məlumata görə, onlar toya gedirmiş. Qəzaya düşənlər toya gedirmişlər. Vəfat edən xanımlardan birinin toyu olan bəyin qardaşının həyat yoldaşı olduğu deyilir.

------------

Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb. Astaradan Lənkərana sərnişin daşıyan "Mercedes Sprinter" markalı mikroavtobus hərəkətdə olarkən sürüşkən yolda idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 10-a yaxın şəxs müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Qəzaya düşənlərin toy məclisinə getdikləri bildirilir. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.