"Yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. S. Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb".
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a bildirilib.
Məlumatda, həmçinin, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
------------
Astarada mikroavtobusun aşması nəticədində iki nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, qəzada ölənlərin 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova olduğu bildirilir.
Qəzada 5 nəfər xəsarət alıb. Məlumata görə, onlar toya gedirmiş. Qəzaya düşənlər toya gedirmişlər. Vəfat edən xanımlardan birinin toyu olan bəyin qardaşının həyat yoldaşı olduğu deyilir.
------------
Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb. Astaradan Lənkərana sərnişin daşıyan "Mercedes Sprinter" markalı mikroavtobus hərəkətdə olarkən sürüşkən yolda idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 10-a yaxın şəxs müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Qəzaya düşənlərin toy məclisinə getdikləri bildirilir.
Milli.Az