Dünya

Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?

3 Yanvar 2026 16:44
Baxış: 1 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən necə saxlanılmasına dair bəzi detallar məlum olub.

Milli.Az xəbər verir ki, Venesuela prezidenti Maduro və onun xanımı Cilia Flores rəsmi iqamətgahda yox, şəxsi malikanələrindən birində saxlanılıblar.

Mənbənin bildirdiyinə görə, Maduro və həyat yoldaşının paytaxt Karakasdan kənarda yerləşən həmin malikanəndə olmalarını az adam bilirmiş. Prezident və xanımı burada 1 gün qaldıqdan sonra yerlərini dəyişməyi planlaşdırıblarmış. Lakin ani hücum onların bu planını pozub.

Məlumata görə, saxlanılma anında Venesuela Prezidenti Nikolas Maduro ABŞ hərbçilərindən xanımını azad etmələrini xahiş edib, özünün isə könüllü şəkildə onlarla gələcəyini söyləyib. Lakin əməliyyatçılar onun bu xahişini yerinə yetirməyib. (Savashmedia.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.