Dünya

Tramp Venesuelaya rəhbərlik üçün namizədini açıqladı

3 Yanvar 2026 19:04
Baxış: 1 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp hazırda Norveçdə olan müxalifət lideri Mariya Korina Maçadonun Venesuelada hakimiyyətə gəlməsini dəstəklədiyini bildirib.

Milli.Az xəbər verir ki, Tramp qeyd edib ki, Venesuelanın vitse-prezidenti (Delsi Rodriqes) olsa da, Maduronun keçirdiyi seçkilər "rüsvayçılıq" idi və o, bu idarəetməni qanuni hesab etmir.

Maduronun ələ keçirilməsinin dünyaya bir mesaj olduğunu deyən Tramp: "Bu, artıq kimsə tərəfindən itələnib-qaxılmayacağımıza dair bir siqnaldır" - ifadəsini işlədib.

Prezident ABŞ-nin hər il narkotik səbəbindən yüz minlərlə insan itirdiyini vurğulayaraq, Venesuela vasitəsilə həyata keçirilən bu qanunsuzluğa artıq icazə verməyəcəklərini bildirib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.