İdman

Erməni xizəkçi Azərbaycana qarşı hərəkətinə görə cərimələndi

3 Yanvar 2026 17:30
Baxış: 1 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xizəkçi Mikael Mikaelyan "Tour de Ski" yarışları zamanı kostyumunun üzərində turnirin sponsorunun "Azərbaycan" yazısını lentlə bağladığına görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

Milli.Az xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.

Məlumata görə, hadisə İtaliyanın Toblax şəhərində keçirilən yarışların birində baş verib. "Tour de Ski" turnirində xizəkçilərin kostyumlarında Azərbaycanın reklamı ilə yanaşı, yarış məkanlarında ölkənin adını əks etdirən iri reklam lövhələri də yerləşdirilib.

Qeyd edək ki, ötən ilin may ayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə 5 il müddətinə sponsorluq sazişi imzalayıb. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.