Tonlarla dizeli mənimsəyən rəislə maşinist həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəmir yollarında böyük həcmdə yanacaq mənimsəyən vəzifəli şəxslər həbs edilib.
Milli.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və teplovoz maşinisti Famil Soltanov külli miqdarda dizel yanacağı və yağı mənimsəməkdə təqsirli biliniblər. Onlar qatarların faktiki hərəkət etmədiyi halda, sənədlərdə əlavə marşrutlar yerinə yetirildiyini göstərərək yanacağı kənar şəxslərə satıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, bu qanunsuz əməllər nəticəsində dövlətə ümumilikdə 107 min manat ziyan dəyib. Təqsirləndirilən şəxslər məhkəmə prosesi zamanı əməllərini etiraf ediblər. Xüsusilə rəis E. Sadıqov əlavə olaraq 70 ton dizel yanacağını da mənimsədiyini bildirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Sadıqov 6 il, Famil Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Dəymiş ziyanın qalan hissəsinin də dövlət büdcəsinə qaytarılması barədə qərar çıxarılıb.
Qeyd edək ki, hər iki şəxs məhkəmə zalındaca həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub
-
Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur
-
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Avropa çempionatı: Azərbaycanın voleybol millisi növbəti qələbəsini qazanıb
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
Avropa çempionatı: Belçika millisi Bakıdakı ikinci oyunda da qələbə qazanıb
-
Əbədi dostluqdan böyük geosiyasətə: Azərbaycan və Özbəkistan regionun xəritəsini dəyişir
-
"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub
-
Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi
-
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - (Foto - Video)
-
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - (Foto - Video)
-
Noyer yeni rekorda imza atdı
-
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - (Foto - Video)
-
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var





