Cəmiyyət

Anar Yusifoğluya vəzifə verildi

8 May 2015 16:29
0 Şərh     Baxış: 1 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist Anar Yusifoğluya çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib

Aznews-a daxil olan məlumata görə, o, televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub.

Məsələ ilə bağlı Anar Yusifoğlu ilə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, İTV-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.

Qeyd edək ki, Anar Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib.

Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilib.

Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.