Anar Yusifoğluya vəzifə verildi
8 May 2015 16:29
Tanınmış jurnalist Anar Yusifoğluya çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib
Aznews
-a daxil olan məlumata görə, o, televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub.
Məsələ ilə bağlı
Anar Yusifoğlu
ilə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, İTV-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.
Qeyd edək ki, Anar Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib.
Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilib.
Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb.
Milli.Az