Daha bir neçə "Codex Alimentaius" standartının Azərbaycanda tətbiqi planlaşdırılır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) Trend-ə verilən məlumata görə, bu gün Dövlət Komitəsində "Codex Alimentaius" Milli Komitəsinin 2015-2017-ci illlər üçün Fəaliyyət Planı və qida məhsulları standartlarının müzakirəsi ilə bağlı iclas keçirilib. İclasda Komitə mütəxəssisləri ilə yanaşı, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri çıxış edərək dünyanın inkişaf etmiş ölkələrində qida təhlükəsizliyinin ən vacib amillərdən biri olduğunu bildiriblər.
Çıxış edənlər qida məhsulları standartları sırasında "Codex Alimentaius" standartlarının vacibliyini xüsusi vurğulayaraq bu sənədlərin ölkəmizdə tətbiqi imkanları haqqında fikir bildiriblər. Sonra yeni hazırlanmış AZS CODEX STAN 310-2014 "Nar", AZS CODEX STAN 87-2014 "Şokolad və şokolad məmulatları", AZS CODEX STAN 152-2014 "Buğda unu", AZS CODEX STAN 279-2014 "Kərə yağı", AZS CODEX STAN 33-2014 "Zeytun yağı və cecələrdən çəkilmiş zeytun yağı", həmçinin "Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər", "Qida gigiyenasının ümumi prinsipləri - tövsiyə edilən beynəlxalq kodeks" standart layihələri və Milli Komitənin 2015-2017-ci illlər üçün Fəaliyyət Planı müzakirə edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli sərəncamına əsasən, yeyinti məhsullarına dair "Codeks Alimentarius", İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirləri "Codeks Alimentarius" Komissiyasının tövsiyələri ilə əlaqələndirmək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. Bundan irəli gələrək, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2 avqust 2010-cu il tarixli əmrlə "Codeks Alimentarius" Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə "Codex Alimentaius" Milli Komitəsi yaradıb, komitənin Əsasnaməsi təsdiq edilib.
Milli Komitə "Codeks Alimentarius" Komissiyasının tövsiyələrinə uyğun olaraq, yeyinti məhsulları üzrə standartların Azərbaycan Respublikasında tətbiqinə dair dövlət hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi orqandır.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qida məhsulları ilə bağlı daha bir neçə standart tətbiq ediləcək
24 Fevral 2015 18:44
2 Şərh
Baxış: 1 615

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Təzyiqə cavab vermədən müşahidə edin
-
9 mərtəbəli binanın 8-ci mərtəbəsində biabırçı vəziyyət hökm sürür
-
Mask dünyanın necə yox olacağını açıqladı - Başqa planetə köçməliyik
-
Kartınızda pul varsa, hədəfdəsiniz - AÇIQLAMA
-
Bakıda daha bir YENİLİK
-
DNT-nin cavabı AÇIQLANDI - uşağın atası o deyilmiş - VİDEO
XƏBƏR LENTİ
-
Qısa müddətdə necə arıqlamaq olar - AÇIQLAMA
-
“Aysunun mənə qarşı sevgisi azalıb” - VİDEO
-
5 il sonra bu şəxslər işsiz qalacaq
-
Robot "əsəbiləşib" insanlara hücum etdi - VİDEO
-
Rihanna yenidən hamilədir - FOTO
-
Alçanı duzlayıb yeyənlərə vacib xəbərdarlıq
-
Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır - Ciddi xəbərdarlıq
-
Yeni ixtisaslar hansı universitetlərdə tədris ediləcək? AÇIQLAMA
-
Basketbol oynadı, gündəm oldu - VİDEO
-
Bu kənd məktəbi olimpiadada bu il də rekord nəticə göstərdi
-
Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi
-
Vəkil olmaq istəyirmiş... - VİDEO
-
Ərdoğan Fülya Öztürkü təltif etdi
-
Ukraynanın Moskvaya PUA hücumu aləmi bir-birinə qatdı
-
Günün qoroskopu: Təzyiqə cavab vermədən müşahidə edin
-
Bu yol ikinci dəfə çökdü - VİDEO
-
Bakının bu hissəsində işıq olmayacaq
-
"Rəşadın balaları olmasaydı, onu bağışlamazdım"
-
"Ankara nə Rusiya ilə münasibətləri pozmaq, nə də Ukraynanı tək qoymaq istəyir"
-
"Kurtlar Vadisi"nin məşhur aktrisası görün indi nə işlə məşğuldur - FOTO
-
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO
-
9 mərtəbəli binanın 8-ci mərtəbəsində biabırçı vəziyyət hökm sürür
-
"Bütün Bakı bu geyimdə gəzir"
-
Verdiyi taksi sifarişi ona 4500 manata başa gəldi