Əvvəlcə Krımda, daha sonra Donbasda diversiya əməliyyatlarına başlayaraq Ukraynanı dağıdan QRU polkovniki İqor Strelkov (Girkin) fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs razılaşmasının ömrünün uzun olmayacağını deyib.
Virtualaz.org saytı xəbər verir ki, Strelkov "Rosbalt"a müsahibəsində müharibəni ancaq "Kiyevi faşistlərdən azad edəndən sonra" dayandırmağın mümkünlüyünü bildirib, həmçinin Azərbaycandan da misal gətirib və qiyamçı keçmiş baş nazir Surət Hüseynovun adını çəkib.
"Bütün bu danışıqlar, əldə edilən razılaşma hərbi planda hər hansı nəticəyə səbəb ola bilməz. Orada diqqəti cəlb edən yeganə hal o oldu ki, Vladimir Vladimiroviç sülhün əldə edilməsi naminə çox ciddi güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirdi. Lakin hesab edirəm ki, razılaşmanın əsas şərtinə - atəşkəsə Ukrayna tərəfi əməl etməyəcək və nəticədə əldə olunmuş bütün razılaşmalar avtomatik olaraq pozulacaq" - deyə QRU diversantı bildirib.
Xatırladaq ki, Strelkov ötən ilin avqustuna qədər "Donetsk Xalq Respublikası"nın "müdafiə naziri" olub, daha sonra naməlum səbəblərdən geriyə - Moskvaya çağırılıb. Hazırda o, əsasən Ukraynada baş verənlərə dair siyasi şərhlərlə çıxış edir.
Strelkovun sözlərinə görə, müharibə hələ öz pik nöqtəsinə çatmayıb və hələ heç kim bunu dərk etmək istəmir. O, hər iki tərəfin müharibəyə cəlb etdiyi qüvvələrin artdığını, Ukraynanın əvvəlcə Donbası, daha sonra Krımı geri qaytarmaq niyyətindən əl çəkməyəcəyini deyib.
QRU polkovnikinin fikrincə, ötən ilin payızında Rusiya rəhbərliyi tərəfindən çox ciddi səhvlərə yol verilib. Birincisi, "Novorossiya"nın Rusiyaya birləşdirilməsi imkanı əldən buraxılıb, ikincisi, hücum əməliyyatları dayandırılıb və Kiyevdəki "xunta"nı devirmək şansı qaçırılıb.
Strelkov deyib ki, Ukrayna tərəfinin atəşkəs razılaşmasına əməl etməyəcəyinə tam əmindir. Nəticədə Donetsk və Luqanskın rəhbərləri də analoji addım atmalı olacaq.
QRU polkovniki 4 ay əvvəl Minskdə əldə edilmiş birinci razılaşmanın şərtlərinin heç vaxt yerinə yetirilmədiyini, Ukrayna ordusunun "Qrad"larla, toplarla, tanklarla cavab verdiyini deyib: "Bəs əminlik haradandır ki, bu dəfə onlar nəsə edəcəklər və silahları geri çəkəcəklər?"
Strelkovun sözlərinə görə, o, müxtəlif keyfiyyətlərdə cəbhədə olmuş adam kimi deyə bilər ki, əgər döyüşən tərəflərdən heç biri özünü uduzmuş hesab etmirsə, onları ayırmaq üçün sülhməramlılar qismində üçüncü qüvvə lazımdır. Minsk razılaşmasında isə sülhməramlılar haqda heç nə deyilmir və deməli, bu razılaşmanı yerinə yetirmək texniki baxımdan mümkün deyil.
"Döyüşü davam etdirməyə hazır olan adamlar həmişə tapılacaq, xüsusən də Ukrayna tərəfindən"- Strelkov bildirib.
QRU polkovniki artıq Ukrayna batalyonlarından birinin komandiri Yaroşun atəşkəsə əməl etməyəcəyinə dair açıqlama verdiyini xatırladıb.
Strelkovun sözlərinə görə, Kiyevdə dövlət çevrilişi nəticəsində formalaşmış indiki hakimyyət qaldıqca müharibə bu və ya digər formada davam edəcək: "Ancaq Ukraynanın bu hakimiyyətdən azad edilməsindən və yeni hakimiyyətin formalaşmasından sonra hansısa sərhədlərdən, məsələn, Ukrayna ilə Novorossiya, yaxud Qərbi Ukrayna ilə Novorossiya arasında sərhədlərdən danışmaq olar".
QRU polkovniki qondarma "Luqansk və Donetsk xalq respublikalarında" silahlı müxalifətin meydana çıxması imkanlarından da danışıb. O, təsdiq edib ki, hər iki qondarma "respublikada" rəhbərliyə qarşı çıxan silahlı qruplar mövcuddur. Buna baxmayaraq Donetskdə müxalifət hesab edilənlərin hamısı vahid ordunun tərkibindədir, onların müxalifətçiliyi sözlü tənqid formasındadır.
Strelkov bu zaman Azərbaycandan misal gətirib: "Hərbi işdə əgər söhbət səhra komandirlərinin etiraz çıxışlarından gedirsə, bu, o deməkdir ki, hansısa Surət Hüseynov kimi tankın üstünə çıxıb çıxış edirlər. Sadəcə olaraq tənqid etmək isə etiraz hərəkəti deyil, narazılığın ifadə olunmasıdır. Donetskdə isə mən belə etiraz çıxışı edəni tanımıram".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ukraynanı dağıdan QRU polkovniki: "Kakoy-nibud Surət Hüseynov..."
16 Fevral 2015 21:56
0 Şərh
Baxış: 3 659

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır
-
Astarada azyaşlı su hovuzuna düşdü
-
"Atam anamı şampan butulkası ilə döyürdü" - VİDEO
-
Azərbaycana 8 milyon həşərat gətirildi! - Yemək menyusuna daxil olacaqlar?
-
Dondurma sevənlərə XƏBƏRDARLIQ - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR
-
“Türk” etnonimi və törələri- YUNUS OĞUZ yazır
XƏBƏR LENTİ
-
Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? - Ekspert AÇIQLADI
-
Daha bir məşhur cütlük ayrıldı
-
Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar
-
Giza piramidalarının altında sirli yeraltı şəhər tapıldı
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
Zümrüd efirdə ağladı: “Qızım 10 ildir ki, atası ilə görüşmür” - VİDEO
-
Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI
-
Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır
-
"Səs Azərbaycan"ın finalçısı indi usta köməkçisi işləyir - VİDEO
-
Pezeşkian: "Obyektlərimiz bombalansa belə, əl çəkməyəcəyik"
-
AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası keçirildi - FOTO
-
"Fənərbağça" 2 məşhur futbolçu üçün hərəkətə keçdi
-
Tolik həbs olunacaq?
-
Benziadan “Qarabağ”a vida mesajı
-
Bu ərazilərdə qaz olmayacaq - yenilənib
-
“52 yaşlı xanımla görüşdüm” - VİDEO
-
Hindistanda DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI - 310-dan çox insan həlak oldu - YENİLƏNİB - VİDEO - FOTOlar
-
"Qalatasaray" dünya ulduzunu transfer etdi
-
Qarabağda mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb - FOTO
-
“Yaxşı arvadın əri gəzməz” - Ofeliya Şabanova - VİDEO
-
Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi - yenilənib - VİDEO
-
Paltaryuyan maşının qapısını açıq saxlamaq olmaz - SƏBƏB
-
Övladları xaricdə ali təhsil alan azərbaycanlı məşhurlar - siyahı - FOTO
-
Hava ilə bağlı vəziyyət dəyişir - Kəskin soyuma başladı