Təqvim ilinin dəyişməsi ərəfəsində yenə də ənənəvi olaraq Şaxta baba, Santa Klaus, Qar qız, küknar ətrafında "dini-fəlsəfi" müzakirələr qızışır. Dekabrın 31-i sanki iman göstəricisi kimi önə çəkilir: həmin gün şənlənən, həmin günü xüsusi olaraq qeyd edən - kafir, münafiq, ən yaxşı halda fasiqdir. Yox, qeyd etməyən, sosial şəbəkələrdə, yazılarında, çıxışlarında, qeydlərində "Ded Moroz"u yıxıb-sürüyən, onun zatına lənət oxuyan isə əsl müsəlmandır. Dartışmalara müdaxilə etməyərək məsələyə bir başqa aspektdən yanaşmaq, fikirlərimizi qısaca bölüşmək istərdik.
Bəzədilmiş küknar, rəngbərəng oyuncaqlar, fişənglər, məzəli oyunlar, gözəl əhval-ruhiyyə - bütün bunlar daha çox kimi cəlb edə, kimi maraqlandıra bilər? Əlbəttə ki, uşaqları! Bax, Yeni ilin qeyd edilməsini də hamıdan çox məhz onlar gözləyir. Təbii ki, 3-4 gün məzuniyyətdən istifadə edib tuluğuna litr-litr zəhər tökən daydayılar da var. Onları buraxaq öz hallarına, Allaha hər kəs öz əməlinə görə cavab verəcək. Amma uşaqlar yazıqdırlar axı!
Reallıq belədir ki, Azərbaycanın böyük əksəriyyəti, onların öz təbiri ilə desək Yeni il gecəsi, yəni dekabrın 31-dən yanvarın 1-nə keçən gecə süfrə ətrafında toplaşır, deyir-gülür, şənlənir. Uşaqlarımız da bunu görür, seyr edir, məktəbdə bu barədə danışılır, TV-də verilişlər nümayiş etdirilir. Uşaq artıq psixoloji cəhətdən bu günə hazırdı. Onun üçün heç fərqi yoxdur - bu gün Məsih doğulub, ya da qonşusu Məmməd kişi Həcc ziyarətindən gəlib. O uşaqdır! O da həmyaşıdları kimi şənlənmək, oynamaq, atlanıb-düşmək istəyir.
Amma çox təəssüf ki, bəzən dindar ailələr ifrata varır, hələ düz əməlli yaxşını pisdən ayıra bilməyən cocuğa matəm libası geyindirir, "olmaz!" kəlməsi ilə bir küncə qısılmağa vadar edirlər. Söhbət yetkinlik yaşına çatan uşaqlardan yox, 3-5 yaşlı övladlarımızdan gedir. Yaxşı, biz ondan "Yolka bayramını" aldıq, əvəzinə nə veririk? Heç nə! Öz əməl dəftərimizi bəhanə edərək sağ tərəfdəki mələyə ora 1-2 cızmaqara etdirmək bizim üçün prioritet olur. Öz aləmimizdə buna nail oluruq. Amma əslində necədi? Sükut çökən mənzildə həsrətlə pəncərəyə boylanan, həmyaşıdları kimi əylənmək istəyən cocuğun yükləndiyi özünəməxsus dərd hara yazılacaq bəs? Bəlkə buraxaq körpələrin əlini, qoy oynasınlar, əylənsinlər? Allahın deyil (əstəğfrullah), İsa Məsihin doğum gününü qeyd etsinlər. Qoy fırlansınlar küknar ətrafında. Təvaf niyyəti ilə yox, oyun niyyəti ilə. Qoy olsun. Səhəri gün isə onların başına tumar çəkib bu gün əsəbi halda dediklərimizi daha mülayim, daha sadə dillə anladaq. Deyək ki, bu bir oyun idi. Gizlən-qaç, ya da futbol kimi. İslamı onlar üçün qəlizləşdirməyək, qadağalar dini kimi tanıtdırmayaq. Belə daha yaxşı olmazmı? Onlar hələ cocuqdurlar. Allah ömürlərini uzun etsin, hələ çox əza məclislərinə qatılacaqlar, çox Məhərrəmlik görəcəklər, Eşq Səfərinə yollanacaqlar. Hələliksə... Bəlkə "Şaxta baba"nı lənətləməyək və imkan verək övladlarımız uşaqlıqlarını yaşasınlar?
İslam.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bəlkə "Şaxta baba"nı lənətləməyək?
27 Dekabr 2014 19:57
12 Şərh
Baxış: 3 166

DİGƏR XƏBƏRLƏR
-
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
-
Günün qoroskopu: Hələ ki hərəkət yox, müşahidə et
-
Avtomobilini təmirə aparmışdı amma yandı
-
Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm
-
Adı smart, özü xarab dayanacaqlar
-
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
-
Çarəsizlik, özünə inamsızlıq... - İnsanlar falçılara niyə üz tutur?
-
Bu gün dövlət qulluğu imtahanı var
-
İran XİN: Nüvə obyektlərinə edilən hücumların uzunmüddətli təsirləri olacaq
-
Bu gün imtahan var
-
ABŞ İranın 3 şəhərini bombaladı
-
100 il yaşaya bilmək üçün yuxu rejimimiz necə olmalıdır?
-
Minimalizmə necə keçid edək?
-
İyulda bu bürclər gözlənilmədən varlanacaq
-
İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO
-
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
-
Xərçəng riskini azaldan ən effektiv 8 məhsul
-
Rafael Fiziyev rəqibinə şans vermədi
-
Azərbaycan ailələrinin xərcləri: Ən çox pul hara gedir?
-
Çağatay bu ölkənin vətəndaşlığını aldı
-
Tofiq Musayev rəqibi ilə BACARMADI
-
“Netanyahu gedəcək, amma İran qalacaq” - Medvedev
-
Nazim Sadıxov: "Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir"
-
"UFC Fight Night": Nazim Sadıxov rəqibini nokaut etdi - FOTO
-
Günün qoroskopu: Hələ ki hərəkət yox, müşahidə et
-
Tanınmış jurnalistə vəzifə verildi
-
Rusiya rahibələrdən Avropada təbliğat casusu kimi istifadə edir - KİV
-
Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?
-
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
İmam və onunla qaçan 16 yaşlı qız danışdı - VİDEO