Yeni ildə yenə "partapart" gözlənilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər Yeni il ərəfəsində insanlara ciddi narahatlıq gətirən partlayıcılar azyaşlıların əyləncəsinə, böyüklərin isə baş bəlasına çevrilir. Ənənəvi olaraq dekabrın 15-dən sonra küçələrdə, məktəblərin ətrafında bu cür səslərdən qulaq tutulur. Pirotexniki məhsullar kimyəvi baxımdan da insan səhhətinə zərərli hesab olunur.Pirotexniki malların ölkəyə gətirilməsi qadağan olunsa da, bəzi yerlərdə gizli şəkildə satılır; polis əməliyyat keçirdi
Bir neçə ildir ki, həmin malların ölkəyə gətirilməsi, satışı və istifadəsi qadağan edilib. Ancaq hələ də bu məhsulların qaçaqmal yolu ilə ölkəyə gətirilməsi hallarına rast gəlinir.
Durumu öyrənmək üçün paytaxtın ən böyük ticarət mərkəzlərindən olan "səkkizinci kilometr" bazarına baş çəkdik. Yeni il aksessuarları satanlar pirotexniki malların qadağan olunduğunu və artıq satışa buraxılmadığını bildirdilər. Qeyd edək ki, bazarda pirotexniki malların satışı ilə bağlı ciddi nəzarət olunduğu hiss olunurdu.
Ancaq bəzi satıcılar "fişəng var" desələr də, bizim real alıcı olmadığımızı görüb onları göstərməkdən imtina etdilər. Qeyd edək ki, bu cür fişənglərin qiyməti 6 manatdan başlayır, 20-30 manata qədər yüksəlir. Alıcılarla etdiyimiz söhbətdən də bəlli oldu ki, onlar pirotexniki məhsullar almağa meylli deyillər. Valideynlər isə bunun uşaqların həyatı üçün təhlükəli olduğunu bildirərək qadağanı alqışladılar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da "Yeni Müsavat"a bildirdi ki, pirotexniki məhsullar qadağan olunmasına baxmayaraq, bu gün də bazarlarda var: "Necə mübarizə aparılırsa-aparılsın, bunun qarşısını almaq mümkün deyil. Çünki Azərbaycanda buna tələbat var. Bu məhsulların azyaşlılar, yeniyetmələr tərəfindən istifadəsinin qarşısını almaq üçün əsas vəzifə məktəblərdə müəllimlərin üzərinə düşür ki, maarifləndirmə işləri aparsınlar, bu halları qınaq obyektinə çevirsinlər. Həmin məhsulların zərərindən bəhs etsinlər. Bu pirotexniki məhsulları istehsal edən ölkələrdə, ümumiyyətlə, bundan istifadə edilmir. Gərək insanlar bu hallara biganə qalmasınlar, standartlara uyğun olmayan fişəngləri almasınlar. Dövlət orqanlarının da üzərinə düşür ki, ciddi reydlər keçirsinlər, bu halların qarşısını alsınlar. Hər il Yeni il bayramında məhz bu partlayıcı maddələrdən zədələnənlər olur. İnsanlar qəfil partlayış səslərinə qorxur, xəstəlik tapırlar. Həmçinin ətraf mühit zəhərli qazlarla dolur".
Bu pirotexniki məhsulların gömrükdən necə keçirilməsinə gəlincə, Eyyub Hüseynov bildirdi ki, bu mallar qaçaqmal yolu ilə gətirilir: "Bu məhsullar gömrükdən qaçaqmal yolu ilə keçirilir. Qaçaqmalçılıq yolları da müxtəlifdir. Şəxsi insanların çamadanlarında gələ bilər, iri konteynerlərin görünməz yerlərində də. Gömrük orqanları bu kimi hallara tam nəzarət edə bilmir. Qaçaqmalçılıq problemi bütün dünyada mövcuddur. Azərbaycanda nəyə tələbat varsa, leqal və ya qeyri-leqal olmasından asılı olmayaraq qaçaqmal yolu ilə ölkəyə gətirilir".
Mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da qeyd etdi ki, sözügedən problem var və ona qarşı mübarizə aparılır: "Hər Yeni il ərəfəsində bu problem yaşanır. Bizim ərazilərdəki polis orqanlarının əməkdaşları əhalini ən çox narahat edən yüksək səs yayımına malik olan pirotexniki oyuncaqların dövriyyədən yığılması məqsədilə reydlər keçirirlər. Reydlər zamanı aşkar olunan vasitələr dövriyyədən çıxarılır. Bu günlərdə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Etimad Hüseynovdan 22280 ədəd pirotexniki məmulatlar müsadirə olunub. Hər il külli miqdarda pirotexniki vasitələr dövriyyədən çıxarılır. Bu il də reydlərimiz davam edəcək. Qadağan olunmuş məhsulları satan satıcılara cəza olaraq, məhsullar müsadirə olunur. Çalışacağıq ki, vətəndaşlarımız qarşıdakı bayramları daha təhlükəsiz şəkildə qeyd edə bilsinlər".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları bazarlarda monitorinqləri davam etdirir. Son məlumata görə, bu günlərdə paytaxtın Binəqədi, Qaradağ və Sumqayıt şəhəri ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 53300 ədəd partlayıcı oyuncaq götürülüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
Toyda əsəbiləşən gəlin uşağı VURDU - VİDEO
-
Usta işləyən gənclərin oxuduğu azan hamını HEYRƏTLƏNDİRDİ - VİDEO
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO





