Cəmiyyət

Niyə Həzrət Əliyə (ə) "əmirün-nəhl" ləqəbini aid edirlər?

23 Sentyabr 2014 19:16
1 Şərh     Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, məşhur müsəlman alimi Sibt ibn əl-Cövzi "Təzkirətül-xəvass" kitabında Həzrət Əlinin (ə) ləqəblərini qeyd edərkən, "məlikün-nəhl" (arı hökmdarı) ləqəbini də xatırladır və bunun səbəbini aşağıdakı kimi izah edir: Möminlər arı kimidirlər; çünki arı yalnız pak qidalar yeyir və pak maddə (yəni bal) ifraz edir.

Möminlər də pak yeməkr yeyər, gözəl iş görər, gözəl söz danışarlar. İmam Əlinin (ə) ləqəbi "əmirül-möminin", yəni möminlərin ağası olduğu üçün və möminlər də arıya bənzədildiyi üzündən, o həzrətə "arıların hökmdarı" ləqəbini aid etmişlər. Bu ləqəbi bəzi şairlər (o cümlədən, Xaqani Şirvani) də öz əsərlərində işlətmişlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.