Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda tarixi tapıntılar - YENİLƏNİB - VİDEO - FOTO
19 Avqust 2014 14:27
0 Şərh
Baxış: 7 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:27
Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda qazıntılar zamanı yeni arxeoloji materiallar aşkar edilib.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, "Palıdlı" nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək 22 qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları aşkar edilib.
Bu il aparılan tədqiqatlar zamanı nekropolda daha 4 qəbir açılıb. Qəbirlərdə ölülər başı qərb, ayaqları şərq istiqamətə olmaqla, sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunublar. Skeletlərin ətrafında 10-a qədər müxtəlif tip keramika nümunələri - küpə, kuzə, sərnic, cam və s. var. Aşkar edilən maraqlı tapıntılardan biri də ölünün belindəki kəmər və ona bağlanmış dəmir xəncərdir.
Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə (eramızdan əvvəl XII-XI əsrlər) davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, dulusçuluğun, inkişafını, Qarabağ əhalisinin dəmirdən istifadə etdiyini göstərir.
Arxeoloji tədqiqatlar sentyabrın əvvəllərinədək davam edəcək.
----------
11:13
Qədim Qəbələ ərazisində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri zamanı antik dövrə aid maddi-mədəniyyət nümunələri aşkar edilib.
APA TV-nin məlumatına görə, tədqiqatlar Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən keçirilir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bu günlərdə Qəbələnin Soltannuxa kəndində antik dövrə aid qəbiristanlıq aşkarlayıblar. Qəbiristanlıqda olan məzarların ən az 1800-1900 yaşı olduğu güman edilir. İlkin kəşfiyyat işləri zamanı ərazidən 7 qəbir aşkarlanıb.
Qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilirlər. Diqqət çəkən məqamlardan biri ölmüş insanın bükülü vəziyyətdə məzara qoyularaq ətrafına 40 saxsı qabın düzülməsidir. Qablarla yanaşı, qəbirə dörd bütöv qoç qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunur. Ehtimal ki, bu, varlı təbəqəni təmsil edən mərhumun xidmətçisinin skeletidir. Qəbiristanlıqda digər zəngin qəbirlərə də təsadüf olunub. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti aşkarlanıb. Qəbiristanlıqda aparılan arxeoloji tədqiqatların nəticələri və aşkar edilən qəbirlər olduğu kimi Qəbələ Dövlət Tarix Bədii Qoruğunun muzeyində nümayiş etdiriləcək.
---------
09:02
Ağdamın Yuxarı Yüzbaşılı kəndinin ərazisində eramızdan əvvəl 11-12-ci yüzilliyə aid olan nekropol aşkarlanıb.
APA-nın xəbərinə görə, altı qəbirdən ibarət olan abidədə həmin dövrün mədəniyyətini öyrənməyə imkan verən mədəniyyət nümunələri də müəyyən edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ üzrə ekspedisiya rəhbəri, professor Hidayət Cəfərovun sözlərinə görə, qədim məzarlıq son 100 ildə aparılan araşdırmalar siyahısında nadir tapınıtı hesab oluna bilər.
Arxeoloji kəşfiyyat zamanı müəyyən edilib ki, ərazidə yerüstü əlamətlərə malik olmayan qədim qəbristanlıq mövcuddur. Qəbirlərin coğrafiyasına görə və tapılan nümunələrə əsasən, buranın qədim və inkişaf eləmiş yaşayış məntəqəsi olduğunu söyləmək mümkündür.
Nekropol ərazidəki Şomulu təpə, Çardaxlı təpə, Küllük təpə kimi tanınan qədim yaşayış məskənlərinin əhatəsindədir və Xocalı-Gədəbəy mədəniyyətinin ikinci inkişaf mərhələsinə aiddir.
Bu tapıntılar imkan verir ki, həmin dövrün adət ənənələrini, yaşayış tərzini daha yaxından öyrənmək mümkün olsun.
Artıq 5 ilə yaxındır ki, ərazinin müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı nəinki Azərbaycan tarixi, hətta dünya elmi üçün dəyərli tapıntılar əldə olunub. Mütəxəssislər hesab edirlər ki, yaxınlıqda çox böyük bir akropol-şəhər tipli yaşayış məskəninin qalıqları da mövcuddur. Bu istiqamətdə araşdırmalar yaxın gələcəkdə də davam etdiriləcək.
Milli.Az
---------
11:13
Videonu izləmək üçün şəklə klikləyin.

---------
09:02
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)