Ali Məhkəmədən APA-ya daxil olan məlumatda bildirilir ki, mətbuatda Ali Məhkəmənin Plenumunun E. Fətullayevin barəsində bu il noyabr 11-də qəbul etdiyi qərarda guya onun həbs müddətinin artırılması barədə məlumat dərc olunub.
Məhkəmənin məlumatında deyilir ki, bu qurumun məhkumun cəzasının artırılması və ya onun vəziyyətinin başqa cür ağırlaşdırılması haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur.
E. Fətullayevin barəsində bu ilin 11 noyabrında Plenumun qəbul etdiyi birinci qərarla məhkum haqqında xüsusi ittiham qaydasında iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı ləğv edilib, həmin işin icraatına xitam verilib.
Plenumun ikinci qərarı ilə E. Fətullayevin barəsindəki kassasiya kollegiyasının qərarı yalnız iki ittiham üzrə hissəvi ləğv edilib, bu hissələrdə cinayət işinin icraatına xitam verilib. Həmin iş üzrə E. Fətullayev, həmçinin vergidən yayınma cinayətini törətdiyinə görə də 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu cinayəti o, Yasamal Rayon Məhkəməsinin 2006-cı il 26 sentyabr tarixli hökmü ilə (həmin hökmlə E. Fətullayevə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib) tətbiq olunmuş şərti məhkumetmə dövründə törətdiyinə görə, Plenum hökmlərin məcmusu qaydasında cəzaların təyin edilməsini tənzimləyən cinayət qanunu normalarına əsaslanaraq (CM-in 67.1-ci maddəsi) məhkumun haqqında birinci hökmlə və sonuncu hökmlə təyin edilmiş cəzaları qismən birləşdirməklə onun üzərində qəti olaraq 2 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlayıb. Bu cəzanı tam çəkdiyini, habelə xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini nəzərə alaraq Plenum baxılmış işlər üzrə E. Fətullayevin həbsdən azad edilməsini qərara alıb.
Məlumatda bildirilir ki, Plenumun E. Fətullayevlə bağlı qəbul etdiyi qərar Avropa Məhkəməsinin bu ilin 22 aprelindəki qərarında müəyyən edilmiş tələblərə tam uyğundur. Plenumun qərarı ilə məhkuma istər vergidən yayınma cinayətinə görə, istərsə də hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların müddətləri nəinki artırılmayıb, əksinə qəti cəzanın müddəti azaldılıb, bununla da məhkumun vəziyyəti yüngülləşdirilib.
E. Fətullayevin həbsdə saxlanılması onun cəzaçəkmə müəssisəsində törətdiyi başqa cinayətlə əlaqədar olub. Həmin cinayətlə bağlı yalnız birinci instansiya məhkəməsi tərəfindən baxılmış iş Ali Məhkəmə Plenumunun müzakirə predmeti olmayıb.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ali Məhkəmə Eynulla Fətullayevin cəza müddətinin artırılması ilə bağlı məlumatlara aydınlıq gətirib
8 Dekabr 2010 18:46
Baxış: 242

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Narkotiki görün nəyin içində keçirmək istədilər - FOTO
-
Keçmiş məmurun nəvəsi qadına hücum edib? - DİN-dən AÇIQLAMA - VİDEO
-
Yağışlı-küləkli hava nə vaxtadək davam edəcək?
-
Sürücülər üçün vacib XƏBƏR: sabah 9-dan...
-
Ramiz Mehdiyev 8 milyona villasını satır? - Özü AÇIQLADI
-
Başından problemi əskik olmayan BÜRCLƏR
-
Azərbaycanlı aktrisaya "dəli" diaqnozu qoyuldu - FOTO
-
Pezeşkianın oğlu “Traktor”un çempionluğuna belə reaksiya verdi - FOTO
-
"Zəng gözlədiyim insanlar artıq bu həyatda yoxdur"
-
“Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ - VİDEO
-
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
-
Başqalarının sözünü dərd etməmək üçün nə edə bilərik?
-
Yataqda zəif performans göstərən 10 məşhur - İDDİA - FOTOlar
-
Kişi-qadın münasibətində balansı necə qorumaq olar?
-
Bu 4 BÜRCDƏN əsl psixopat çıxa bilər: uzaq durun
-
Məşhur telefon markası fəaliyyətini dayandıracaq - FOTO
-
Kondisioneri əvəz edəcək yeni üsul - Evi anında soyuyur
-
57 yaşlı Nikol Kidman eyvanda qüsursuz bədənini göstərdi - VİDEO
-
Bu məhsul marketlərdən yığışdırılır - İçindən şüşə qırıqları çıxdı - FOTO
-
Ən cazibədar futbolçu FOTOları ilə azarkeşləri heyran etdi
-
“Vacib uğurdur” - Rəşad Sadıqov
-
Rusiya Xarkovu PUA-larla vurdu - onlarla yaralı var
-
Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
-
“Mançester Siti”dən ayrılacaq