Cəmiyyət

Paytaxtda bayram namazı qılındı - FOTO

29 İyul 2014 10:22
1 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əjdərbəy Məscidində bayram namazı şeyxin iştirakı ilə qılınıb

Bu gün müsəlmanlar Müqəddəs Ramazan bayramını qeyd edirlər. Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bu gün səhər saatlarında bayram namazı qılınıb.

Anspress-in məlumatına görə, Əjdərbəy Məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qılınıb.

Saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınıb.

Namazda onlarla insan iştirak edib.

Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Ramazan ayını "on bir ayın sultanı" da adlandırırlar. Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.