Cəmiyyət

II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanı ilə bağlı apelyasiya komissiyası yaradıldı

21 İyul 2014 11:10
0 Şərh     Baxış: 1 167
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qəbul imtahanının nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı apelyasiya komissiyası yaradıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, apelyasiya komissiyasına müraciət etmək istəyənlər iyulun 21-də saat 10.00-dan 17.00-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.

TQDK iyulun 20-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını da açıqlayıb. Abituriyentlər

Azərbaycan bölməsi - II qrup http://eservices.tqdk.gov.az/exam/a2_e200714.htm,

Azərbaycan bölməsi - III qrup http://eservices.tqdk.gov.az/exam/a3_e200714.htm,

Rus bölməsi - II qrup http://eservices.tqdk.gov.az/exam/r2_e200714.htm,

Rus bölməsi - III qrup http://eservices.tqdk.gov.az/exam/r3_e200714.htm

səhifəsində tanış ola bilərlər.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.