Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı apelyasiya komissiyası yaradıb.Qəbul imtahanının nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur