Cəmiyyət

Gün var əsrə bərabər: Ötənləri yada salaq

21 İyul 2014 09:10
0 Şərh     Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1938-ci ildə dramaturq Marat Haqverdiyev anadan olub

Milli.Az anspress-ə istinadən iyulun 21-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 21 iyul 2014
Hicri: 23 Ramazan 1435

İlin 202-ci günü
İlin sonuna 163 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04.56
Günəş - 06.28
Zöhr - 13.47
Əsr - 18.26
Məğrib - 21.21
İşa - 23.01

1609-cu ildə Aşıq Abbas Tufarqanlı dünyaya gəlib

1774-cü ildə Türkiyə və Rusiya arasında Kiçik Qaynarca sülhü bağlanıb

1816-cı ildə "Reuters" agentliyinin qurucusu Paul Julius Reuter anadan olub

1889-cu ildə yazıçı Ernest Heminquey anadan olub

1920 - Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı adı altında üsyan baş verib. Üsyan XI rus ordusunun hissələri tərəfindən yatırılıb.

1938-ci ildə dramaturq Marat Haqverdiyev anadan olub

1940-cı ildə Ribbentrop/Molotov paktı imzalanıb

1940-cı ildə Baltik respublikaları SSRİ-nin tərkibinə daxil oldu

1960-cı ildə Şri-Lankada dünyada ilk qadın Baş nazir Serenavo Bandranayti fəaliyyətə başlayıb

1992-ci ildə Milli Məclis Azərbaycanın bir sıra beynəlxalq konvensiyalara qoşulması barədə sənədləri təsdiqləyib. Parlamentin qərarına əsasən, Azərbaycan aşağıdakı konvensiyalara qoşulub:
Konsul əlaqələri haqqında Vyana Konvensiyası (24 aprel 1963-cü il tarixdə qəbul olunub);
BMT-nin Müstəsna və Diplomatik hüquqları haqqında Konvensiyası (13 fevral 1946-cı il);
İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq pakt (19 dekabr 1966-cı il);
Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (19 dekabr 1966-cı il);
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası (18 aprel 1961-ci il);
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası (20 noyabr 1989-cu il).

2002-ci ildə Ukraynanın Yalta şəhərində (Krım) GUAM ölkələri dövlət başçılarının zirvə görüşü keçirilib. Prezidentlər Leonid Kuçma (Ukrayna), Heydər Əliyev (Azərbaycan), Eduard Şevardnadze (Gürcüstan) və Vladimir Voroninin (Moldova) iştirak etdiyi sammitdə birgə əməkdaşlığa dair bir sıra sənədlər, o cümlədən "Regional sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün birgə səylərin göstərilməsinə dair Bəyannamə" imzalanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.