Onların sürücülük vəsiqəsi ləğv olunacaq - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Birliyi ölkələrində sürücülük vəsiqəsi əldə etməklə bağlı yaş senzinin yuxarı həddi müəyyyənləşib. Belə ki, bir çox ölkələrdə sürücülük hüququnun verilməsi ilə bağlı son yaş limiti 75 olaraq müəyyənləşib. Türkiyə və Rusiyada isə 65 yaşından sonra sürücülük vəsiqəsinin yenilənməsi üçün tibbi müayinədən keçmək məcbur idi.
Bəs bizim ölkəmizdə sürücülük vəsiqəsi neçə yaşdan sonra ləğv olunmalıdır?
Milli.Az xəbər verir ki, paytaxt sakinlərinin sözlərinə görə, 70 yaşdan sonra sürücülük vəsiqəsi ləğv edilməlidir. Çünki o yaş aralığında həm görmə zəifləyir, həm də reaksiyalar yavaşlayır.
Azərbaycanda 65 yaşdan yuxarı şəxslər üçün avtobus və digər nəqliyyat vasitələrini idarə etmək qadağandır. Sözü gedən yaş yalnız öz şəxsi minik avtomobilini idarə etməyə icazə verir. Şəxsi nəqliyyat vasitələrini idarə edən şəxslər 65 yaşdan sonra tibbi yoxlamadan keçirilir. Müayinədən keçəcəkləri halda onlara 70 yaşa qədər sürücülük hüququ verilir. Yəni 70 yaşdan sonra isə hər iki ildən bir sürücü sağlamlıq müayinələrindən keçməlidir. Əgər səhhətində bir problem aşkarlanarsa, həmin şəxs sürücülük hüququndan məhrum edilir.
Ekspert Elməddin Muradlının sözlərinə görə, sükan arxasında ölüm və ağır klinik vəziyyət keçirən şəxslər azdır. Yaşlı insanlar uzaq səfərlərdə qəza az edirlər. Çünki onlar yaşlarına görə tez-tez fasilə edirlər. Bu da onların müəyyən hadisələrə tez reaksiya verməsinə daha diqqətli olmasına səbəb olur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirildi ki, qanunvericiliyə əsasən, ölkəmizdə sürücülük vəsiqəsinin etibarlılıq müddəti 60 yaşına çatmış şəxslər üçün 10 il, 60 və daha çox yaşı olan şəxslər üçün isə 70 yaşı olanadək, 70-dən çox yaşı olanlar üçün isə 2 il siyasi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər olan şəxslər üçün isə həmin şəxslərin təqdim etdiyi tibbi arayışda göstərilən lakin 2 ildən artıq olmayan müddətdə nəzərdə tutulur.
Qurumdan onu da bildirdilər ki, müəyyən xəstəlikləri olan şəxslər üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti sürücünün təqdim etdiyi tibbi arayşda göstərilən, lakin 2 ildən artıq olmayan müddəti əhatə edir.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Maaşımızı istədiyimiz bankdan ala biləcəyik - Tarix açıqlandı
-
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
XƏBƏR LENTİ
-
Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
-
Heydər Əliyevin kapitan rütbəsi verdiyi Xalq artisti: Zaur Rzayev kim idi? - (Foto)
-
Astarada torpaq sürüşməsi oldu
-
Zərdabda ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi
-
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
-
Rusiyaya qarşı 1569 sanksiya: Brüsselin böyük səhvi üzə çıxdı
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Salyanda məktəbə “Molotov kokteyli” atıldı
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
-
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
Zaur Rzayevin oğlu: "Bu, atamın vəsiyyətidir, hörmətlə yanaşın"
-
Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
Azərbaycanda yeni qurum yaradılır
-
Maaşımızı istədiyimiz bankdan ala biləcəyik - Tarix açıqlandı
-
Küləkli havada çalışanlara şad xəbər
-
Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı
-
"Milan" və "İnter"in yeni stadionunun adı bəlli oldu - (Foto)
-
Vüqar Əhmədov Mikayıl Cabbarovun müşaviri oldu
-
Zaur Rzayevin dəfn yeri açıqlandı
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Elgiz Əkbər: “Heç sərçə də atmadılar” - (Video)





