Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fərhad Əliyevin keçmiş xanımı və qızından FOTOlar
17 İyun 2014 16:50
2 Şərh
Baxış: 46 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin keçmiş həyat yoldaşı Sara Əliyeva Sevimlibala.az saytına geniş müsahibə verib.
Milli.Az müsahibədən kiçik bir hissəni təqdim edir:
- Sara, sizin on yaşında qızınız var. Aktiv fəaliyyətinizi uşağın tərbiyəsi ilə necə birləşdirirsiniz? Vaxtınız çatırmı?
- Bilirsinizmi, qızımın da çox fəal qrafiki var. O, saat üçə qədər məktəbdə olur, sonra musiqi ilə məşğul olur, bir ara gimnastikaya gedirdi, oxu və riyaziyyatla məşğul olur. Səhərlər mən onu məktəbə yola salıram və biz yalnız axşam evə qayıdanda görüşürük.
- Hamiləlik dövrünü necə keçirmisiniz? Gələcək analar üçün mağazalara gedirdinizmi?
- Hamiləliyim yaxşı keçib, 9 ayına qədər üzmüşəm, təyyarə ilə səfərlərə çıxmışam, piyada çox gəzmişəm, amma gələcək analar üçün mağazalara getməmişəm, onları heç sevmirəm. Oradan yalnız şalvar alırdım, qalan şeyləri isə adi mağazalardan əldə edirdim.
- Ana olmağınız sizi dəyişdirdi?
- Əlbəttə, axı ana olduqdan sonra başqa bir insanın həyatının səndən asılı olduğunu başa düşürsən. Sən öz uşağın üçün yaşamağa başlayırsan, onun qrafikindən asılı olursan.
- Uşaqlar üçün cizgi filmləri və kitablar uşağın inkişafına təsir göstərir. Sara böyüdükcə Siz onları seçirdinizmi?
- Bəli, axı onlar həm tərbiyələndirir, həm də uşağın təhsili onlardan başlanır. Qızımın 4 yaşına qədər mən ona xarici cizgi filmlərinə baxmağa icazə vermirdim. O, sovet cizgi filmlərinə baxaraq böyüyüb. Onun üçün kitabları da diqqətlə seçirdim, ona nağıllar oxuyurdum, 4 yaşında isə o, özü oxumağa başlayıb. Yeri gəlmişkən deyim ki, bu yaxınlarda psixoloqla söhbət zamanı öyrəndim ki, uşaqlara xeyirlə şərin mübarizəsi motivləri olan nağılları danışmaqdan çəkinmək lazım deyil. Uşaq bu barədə bilməlidir və əgər valideynləri ona nağılı evdə, təhlükədən qorunduğu yerdə oxuyurlarsa, o, bunu düzgün qavrayacaq və real həyata hazır olacaq.
- Asudə vaxtınızı qızınızla birgə necə keçirməyi xoşlayırsınız?
- Biz birlikdə köhnə filmlərə baxmağı xoşlayırıq. Bu yaxınlarda Adriano Çelentanonun iştirakı ilə filmlərə baxdıq, onun çox xoşuna gəldi. "Roma tətilləri" filmi qızımın çox xoşuna gəlir və onun səkkiz yaşı olanda hədiyyə olaraq , onu Romaya aparmaq qərarına gəldik. Burada o, kinofilmin çəkildiyi bütün yerlərdə oldu. Amerikaya səfərimiz də yaddaqalan olub. Qızım Hollivudu görməyi çox arzulayırdı və onda böyük təəssüratlar oyandı (gülümsəyir). Yeni ildə Rio-de-Janeyroya getmək hələ də xəyalımızdadır.
Qeyd edək ki, Sara Əliyevanın eks-həyat yoldaşı Fərhad Əliyev hazırda Azərbaycanın Eurovision təmsilçisi Safurə Əlizadə ilə evlidir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
Azərbaycanda leysan və dolu: Bu rayonlara yağış YAĞIR
-
Ailəsini ziyarətə gələn 18 yaşlı əsgər vəfat etdi - VİDEO
-
Bakı-Tiflis qatarı ilə səyahət edənlər cərimələnə BİLƏR
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş haqqı AÇIQLANDI - RƏSMİ - FOTO
XƏBƏR LENTİ
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Mask tarixdə ilk trilyoner ola bilər
-
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
“Zirə”də ayrılıq vaxtı
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
-
Rus ordusu bu ərazini işğal etdi
-
Heyvan kəsimi və satışına nəzarət gücləndirildi
-
11 yaşlı qızı maşın vurdu
-
Ərdoğandan jurnalistin sualına maraqlı CAVAB - VİDEO