Azərbaycanda 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar açıqlanıb.
Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən bildirir ki, Komissiya tərəfindən "Rezidentura" xüsusi buraxılışının 3-cü sayı nəşr olunub. Jurnalda 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi forması (nümunə), 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar, rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planı və namizədlər üçün tövsiyələr, 2013-cü ildə rezidenturaya qəbul müsabiqəsində baza tibb təhsili müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, ixtisas fənləri üzrə elmi-metodiki təhlil və tövsiyələr əksini tapıb.
Qəbul elanına əsasən, rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə 30 mart 2014-cü il tarixində keçirilmiş birinci mərhələ üzrə imtahanda topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.
Həmin namizədlər 2014-cü il iyulun 24-dən 26-dək olan müddətdə eservices.tqdk.gov.az/erizerez internet səhifəsindən imtahanın ikinci mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürə biləcəklər.
Namizədlərə ikinci mərhələdə də 100 test tapşırığı təqdim olunacaqdır. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra namizədlər 2014-cü il iyul ayının 29-dən 31-dək müsabiqədə iştirak etmək üçün internet vasitəsi ilə ixtisas seçimini yerinə yetirəcəklər.
İxtisas seçiminə rezidentura səviyyəsinə qəbul imtahanındakı nəticələri TQDK tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən namizədlər buraxılacaqlar.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar açıqlandı
15 Aprel 2014 10:50
0 Şərh
Baxış: 2 397

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayaqqabılar sağlamlığınıza zərər verə bilər – Həkim xəbərdarlıq edir
-
Yamalın dəyəri fantastik həddə
-
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq... - FOTO
-
Gecənin "bomba" xəbəri: Osimhen uğrunda mübarizə qızışdı
-
İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO
-
Günün qoroskopu:
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Kimlər qurban kəsə bilər? - VİDEO
-
Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
-
Əməkdar artisti vəfat etdi - FOTO
-
Bu şəxslər yenidən həbs oluna bilər
-
Közərmə lampalarını satanları hansı cərimə gözləyir? - VİDEO
-
Dünya çempionatında daha bir komanda - tarixdə ilk dəfə
-
Qurban ətindən kabab etmək olarmı? - Çoxlarını maraqlandıran cavab
-
Xankəndidə “parad”da iştirak edənlərin adlarını açıqladı - məhkəmə
-
Leyla Axundzadə: "Müşfiq güllələnməyib, Mərəzədə ölüb" - FOTO
-
Təcridxanada məhbusun ciyəri qanadı, vəfat etdi
-
Türkiyədə çoxmərtəbəli bina yanır - 23 nəfər xəstəxanaya yerləşdirildi
-
Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
-
Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı - Məhkəmə
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - yenilənib
-
"Uzak şehir"in aktrisası məşhur aktyorla sevgildir - FOTO
-
Bu dəfə maksimum balı onlar topladı - Siyahı
-
"Kişi ciddi, qadın boşboğaz olmalıdır"