Zeyd Kəlb qəbiləsindən idi, cahiliyyə dövründəki qəbilə müharibələri nəticəsində əsir düşmüşdü. Həzrət Xədicənin qardaşı oğlu onu satın alıb öz bibisinə (Xədicəyə) bağışlamış, Xədicə də Zeydi Həzrət Mühəmmədə (s) hədiyyə etmişdi. Peyğəmbər Zeydi azad edib oğulluğa götürdü.
Zeyd İslamı qəbul etmiş ən birinci şəxslərdən sayılır. O, Xədicədən və Əli ibn Əbu Talibdən (ə) sonra iman gətirmiş və sayca üçüncü müsəlman olmuşdu.
Zeyd Həzrət Mühəmməd Peyğəmbərin (s) öz bibisi qızı Zeynəb bint Cəhşlə evlənmiş, sonra onu boşamışdı. Hicrətin 8-ci ilində (miladi 629-cu il) baş vermiş Mötə savaşında Zeyd Bizans ordusu tərəfindən şəhid edildi. Yaşının 50-55 arasında olduğunu yazırlar.
Milli.Az