Cəmiyyət

Nurçuluq nədir, "nurçular" kimlərdir? - ARAŞDIRMA

6 Mart 2014 12:23
1 Şərh     Baxış: 41 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Son günlər Azərbaycan cəmiyyətində "nurçuluq" mövzusu gündəmdədir. İzlədiyimiz kimi, bu mövzu ətrafında böyük qalmaqal yaşanır.

Maraqlıdır, dini tolerantlığın mövcud olduğu Azərbaycanda "nurçuluq" təriqətinin zəncirvari şəkildə kök atması hansı təhlükələr yarada bilər? Nurçuluq nədir? Bu dini cərəyanın yayılmasında əsas məqsəd nədən ibarətdir? Onları necə tanımaq olar?

Milli.Az Azvizion.az-a istinadən bildirir ki, nurçuluq hәrәkatının banisi Sәid Nursi 1873-cü ildә Bitlis ilinin (vilayәt) Nurs kәndindә dünyaya gәlib. Әvvәllәr Sәid Kürdi kimi tanınsa da Türkiyәdә soyad qanunu qәbul olunduqdan sonra anadan olduğu kәndә bağlı olaraq Nursi soyadını qәbul edib. Sәid Nursinin yüksәk tәhsili olmayıb. "Nur Risalәlәri" adlı kitabının Tizyaq adlı risalәsinin 68-ci sәhifәsindә әsәrlәrinin özü deyil, şagirdlәri (nur tәlәbәlәri) tәrәfindәn yazıldığı qeyd olunur. Türkiyәdә mәşrutiyyәt elan olunduqdan sonra Bitlsidә şeyxlik etmәyә başlayıb, ancaq az sonra İstanbula gәlib siyasi fәaliyyәtә qoşularaq "İttihadi Muhammәd Cәmiyyәti"nin qurucularından biri olur.

Sәid Nursi 31 mart qiyamından әvvәl Dәrviş Vahdәddinlә yaxın әlaqәlәri qurur. O zaman dәrc olunan "Vulkan" adlı qәzetdә yazdığı mәqalәlәri ilә 31 mart hadisәsini körüklәndirәnlәrdәn vә hәmin dönәmdә yaradılmış "Kürt Teali Cәmiyyәti"nin fәallarından olur. 1912-ci ildә yazdığı bir kitabında "oyan ey Sәlahәddin Әyyubinin nәvәlәri kürdlәr" deyәrәk kürdlәri türklәrә qarşı qaldırmağa cәhd edir. "Mәktubat" adlı әsәrindә isә "türk olmadığını, türklük ilә münasibәtinin olmadığı, Türkiyәdә kürd millәti adlı başqa bir millәtin olduğunu" irәli sürür. Sәid Nursi istiqlal savaşı zamanı xilafәtin bәrpa olunacağı ümidi ilә Ankaraya gәlir. Ancaq Türkiyәdә dünyәvi respublika qurulduqdan sonra ümidini itirәrәk Vana gedir.

1925-ci ildә Şeyx Sәid üsyanından sonra hәbs olunan S.Nursi İsparta әyalәtinin Barla kәndinә, daha sonra isә Kastamonu, Afyon vә Әmirdağa sürgün edilir. Bundan başqa, Afyon, Dәnizli, vә Әskişәhәr hәbsxanalarında yatır. Sәid Nursi 23 mart 1960-cı ildә Urfada vәfat etsә dә, yetişdirdiyi tәlәbәlәr (nur şagirdlәri) onun fәlsәfәsini günümüzә qәdәr gәtirib çatdırıblar. Nurçuluq bir tәriqәt kimi fәaliyyәt göstәrsә dә, nurçular bu hәrәkatın tәriqәt deyil, Qurani-Kәrimin 20-ci әsrdә tәfsiri üzәrindә qurulmuş bir mәktәb olduğunu vә sayı 130-a çatan Nur risalәlәrinin dә Quranın tәfsiri olduğunu iddia edirlәr. İlk dәfә 1955-57-ci ildә Qurani-Kәrim vә Nur Risalәlәrinin yazılması ilә bağlı nurçular arasında yaranan parçalanmalar S.Nursinin ölümündәn sonra daha da dәrinlәşir. Nәticәdә tәriqәt bir neçә qrupa bölünür.

Birinci qrup "Qurana küfr yazısı ilә xidmәt olmaz" şüarını irәli sürәrәk Nur risalәlәrinin mütlәq әrәbcә vә әllә yazılmasını, bunun üçün dә bütün nurçuların әrәbcәni öyrәnmәsinin lazım gәldiyini bildirir. Bu qrupa "yazıçı nurçular" deyirlәr. İkinci qrup "oxuyucu nurçular" kimi tanınır. Bu qrup dinә xidmәt edәn әsәrlәrin latın әlifbası ilә yazılmasını mәqbul görür. "Oxucu" vә "yazıcı" qrup arasında narazılıqların sonunda 1969-cu ildә "oxucu"lar içәrisindәn "Fәtullah Gülәn qrupu" ayrılır. Bu qrupun digәrlәrindәn fәrqi onların tәlәbәlәr arasında tәbliğata üstünlük vermәlәridir.

1982-ci ildә baş verәn Konstitusiya sәsvermәsi zamanı "oxucu" qrup arasından "qәzetәçi" vә "şuraçı" adlı yeni bölmәlәrin ayrılması baş verir. Bu gün Yeni Nәsilçilәr kimi tanınan "qәzetәçi" qrupu 1982-ci il Konstitusiyasına "yox", "Şuraçı" qrup isә "hә" deyilmәsinin tәrәfdarı idilәr. Bu gün nurçular "Qazetәçilәr", "Şuraçılar", "Fәtullah Gülәnçilәr" vә "Yazıçılar" adlı qruplardan ibarәtdirlәr. Bu qruplar arasında yalnız "yazıçılar" nisbәtәn zәiflәyiblәr. Nurçuluğun dünyәvi respublikaya vә Atatürkә qarşı hәrәkat oluduğunu görmәk üçün "Nur risalәlәri"nә baxmaq yetәrlidir. Hәmin kitabın "Barla mәktubları" bölmәsindә, sәhifә 53-dә Atatürk nәzәrdә tutularaq: "Tәk gözlü Dәccal, ya iman et, ya bütün dunyanın istehza yeri olacaqsan" deyilir. Nurçuluq nәzәriyyәsindә Türkiyә Cümhuriyyәtinin tamamilә şәriәt vә İslam prinsiplәri әsasında idarә olunması, xilafәt vә sәltәnәtin bәrpa edilmәsi, inqilabların keçici olduğu vә Qurandan başqa bir Konstitusiyaya ehtiyac olmadığı vurğulanır. Cәmiyyәtdә tәpki olacağından ehtiyat edәrәk nurçulәr risalәlәrdәki bu hissәlәri seçәrәk baş tәrәflәrinә mәhkәmәlәrin bәraәt qәrarını әlavә edirlәr.

Nurçular, özlərinə Nur tələbələri adını verməkdə və Hizbul Quran olduqlarını irəli sürməkdədirlər. Nur Şagirdlərinin Nurçuluğa girə bilmələri üçün o məhəllədəki ən böyük nurçuya qarşı bəzi təəhhüdlərdə olmaları lazımdır. Bu təəhhüdlər Nurçuluğa və Nurçuların böyüklərinə sədaqət, Nurçuların sirlərini açıqlamamaq, məqsədləri üçün müşavirələrdə olmaq, nurun reallaşması üçün fəaliyyətlərdə olmaq kimi şeylərdir. Nurçuların olduqları yerlərdə Nurçuluq ilə əlaqədar hadisələri nur böyüklərinə bildirmələri də məcburidir.

Nur tələbələrinin digər bir vəzifələri də nur risalələrini çoxaldıb paylamaqdır. Səidi Nursi Əsayi Musa adlı risaləsində nur risalələrini yazıb paylamağı laqeydlik edənlərə giley etməkdədir. Nurçuluğun xüsusilə ordu mənsubları arasında yayılmasına əhəmiyyət verilməkdədir.

Sönməz adlı risalənin 3. səhifəsində bu sətirlər var. "Axirət qardaşlarıma mühüm bir xəbərdarlıq iki maddədir. Birincisi risalə-i nura intisab edən şəxsin ən əhəmiyyətli vəzifəsi onu yazmaq, yazdırmaq və intişarına kömək etməkdir. Onu yazan və yazdıran "Risalə-i Nur Tələbəsi" adı alar və o ad altında hər 24 saatda mənim dilimlə, bəlkə, yüz dəfə, bəzən daha çox xeyir-dualarımda mənəvi qazanclarımda, şərik olmaqla birlikdə, mənim kimi dua edən qiymətli minlərlə qardaşım və risalə-i nur tələbələrinin dualarına və qazanclarına da şərik olarlar.

İkincisi, Risalə-i Nurun amansız və imansız cinni və inni düşmənləri onun polad kimi, mətin qalalarına və almaz qılınc kimi qüvvətli höccətlərinə müdaxilə edə bilmədiklərindən çox gizli sənədlər və yarımmüdafiəçi vasitələri ilə məhdud olmadan yazanların şövqlərini qırmaq, fikir və yazıdan imtina etdirmək cəhətində, şeytan tərəfindən hücum edib zərbə vurarlar.

Səidi Nursi, nur tələbəliyini buraxmanın günah olduğunu, nur tələbələrinə sataşanların vətən və millət xaini olduqlarını elan edərək, ayrıca təhdidlər sovuraraq gizli bir təşkilatın taktikasına müraciət etməkdədir.

Nur tələbələrinin subay qalanları izlənilməkdə, şübhəsiz evlənməsi lazımsa bir nurçu ilə evlənməsi əmr edilməkdədir.

Yenə nur risalələrindən Tiryak adlı risalənin 33-cü səhifəsində "Ölüm edam deyil, təbdili-məkandır. Qəbir zülmətli quyu ağzı deyil, mənəviyyatlı aləmlərin qapısıdır. Dünya isə bütün çaşası ilə birgə axirətə nəzərən bir zindan hökmündədir" deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.