Dünya

Roma Papasından çağırış - Müharibələri dayandırın

23 İyun 2025 08:47
Baxış: 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narahatlığını ifadə edərək dünya liderlərini məsuliyyətə və müharibələri dayandırmağa çağırıb.

Milli.Az-ın xəbərinə görə, Roma Papası Müqəddəs Pyotr meydanında dindarlara müraciətində bildirib ki, Yaxın Şərqdən, xüsusilə İrandan narahatedici xəbərlər gəlir, bu dramatik ssenariyə İsrail və Fələstin də daxildir.

XIV Leo qeyd edib ki, müharibələrdən ən çox əziyyət çəkən mülki əhalidir, xüsusən Qəzza və digər ərazilərdə humanitar yardıma ciddi ehtiyac var: "Hər bir lider mənəvi məsuliyyət daşıyır, müharibə fəlakətinə son qoymaq lazımdır. Müharibə problemləri həll etmir, əksinə, xalqların tarixində sağalmaz yaralar açır. Diplomatiya silahdan üstün tutulmalıdır. Gələcək yalnız sülh vasitəsilə qurula bilər".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.