Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Mustafayev 1910-cu ilin bu günündə Qax rayonunun Əmbərçay kəndində, kasıb kəndli ailəsində anadan olub. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932 -ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnsitutunu bitirir. 1934-1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləyir. Ən sonda Azərbaycanın 9-cu rəhbəri olan bu şəxs hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilir və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılır. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri və direktoru da olan bu şəxs akademik, tanınmış ictimai xadim İmam Mustafaayevdir.
O, Azərbaycanın çətin vaxtlarında ona şərəflə xidmət edən, milli təəssübkeşliyini çəkən şəxslərdən biri kimi 1954-cü ildən 1959-cü ilə qədər Azərbaycana rəhbərlik edib. İ.Mustafayevin tərcümeyi-halında ən önəmli səhifə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsdiqlənməsidir.
XX əsrin 50-ci illəri... Stalinin ölümündən sonra SSRİ adlanan "xalqlar həbsxanasında" dəyişikliklər başladı. Bu dövrə ilıqlaşma, yumşalma dövrü də deyilir. Buzlar, ağır-ağır da olsa, əriməyə məhkum idi. Sov. İKP-nin XX qurultayı Stalin cinayətlərini adıyla çağırdı, şəxsiyyətə pərəstişi ifşa etdi. Ölkə reabilitasiya dövrünü yaşamağa başladı. Repressiya, deportasiya qurbanları bəraət aldılar. Adını çəkdiyimiz qurultayda, hətta müttəfiq respublikaların hüquqları artırıldı. Məhz bu dönəmdə İmam Mustafayev kimi bir elm və ictimai xadimin Azərbaycana rəhbər gətirilməsi bu üstünlükləri daha da artırır. Buna qədər o, Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışır. Bütün bu işlərlə yanaşı o, həm də elmi fəaliyyətini də davam etdirir. Elə elmdən ayrılmaması İ.Mustafayevin milli və maarifçilik təşəbbüskarı kimi fəaliyyətinə səbəb olur. Doğrudur, o, çox keçmədən vəzifəsindən uzaqlaşdırılacaqdı. Çünki onun Mərkəzə sərf etməyən fəaliyyəti çoxlarını narazı salırdı. Amma o, çox şeyə dözə bildi. Yəni onunla bərabər rəhbərliyə gətirilmiş mərhum xalq yazıçısı Mirzə İbrahimov və ictimai xadim Sadıq Rəhimov bu təzyiqlərə dözə bilmədilər. Tez bir zamanda "xəstəlik" səbəbindən vəzifədən gedəsi oldular. Amma sərasər 5 il hər şeyə rəğmən işini davam etdirən İmam Mustafayev axırda özünün ən ali missiyasını həyata keçirə bilir. Yəni Azərbaycan dili artıq onun rəhbərliyi müddətində dövlət dili olur.
Milli.Az
İmam Mustafayev: Azərbaycanın 9-cu rəhbəri
25 Fevral 2014 16:01
0 Şərh
Baxış: 12 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Modern.az Azərbaycanın rəhbərlərindən biri olmuş bu şəxsin tərcümeyi-halından bəzi məqamları oxuculara xatırladır.Bu gün akademik İmam Mustafayevin doğum günüdür
İmam Mustafayev 1910-cu ilin bu günündə Qax rayonunun Əmbərçay kəndində, kasıb kəndli ailəsində anadan olub. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932 -ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnsitutunu bitirir. 1934-1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləyir. Ən sonda Azərbaycanın 9-cu rəhbəri olan bu şəxs hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilir və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılır. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri və direktoru da olan bu şəxs akademik, tanınmış ictimai xadim İmam Mustafaayevdir.
O, Azərbaycanın çətin vaxtlarında ona şərəflə xidmət edən, milli təəssübkeşliyini çəkən şəxslərdən biri kimi 1954-cü ildən 1959-cü ilə qədər Azərbaycana rəhbərlik edib. İ.Mustafayevin tərcümeyi-halında ən önəmli səhifə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsdiqlənməsidir.
XX əsrin 50-ci illəri... Stalinin ölümündən sonra SSRİ adlanan "xalqlar həbsxanasında" dəyişikliklər başladı. Bu dövrə ilıqlaşma, yumşalma dövrü də deyilir. Buzlar, ağır-ağır da olsa, əriməyə məhkum idi. Sov. İKP-nin XX qurultayı Stalin cinayətlərini adıyla çağırdı, şəxsiyyətə pərəstişi ifşa etdi. Ölkə reabilitasiya dövrünü yaşamağa başladı. Repressiya, deportasiya qurbanları bəraət aldılar. Adını çəkdiyimiz qurultayda, hətta müttəfiq respublikaların hüquqları artırıldı. Məhz bu dönəmdə İmam Mustafayev kimi bir elm və ictimai xadimin Azərbaycana rəhbər gətirilməsi bu üstünlükləri daha da artırır. Buna qədər o, Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışır. Bütün bu işlərlə yanaşı o, həm də elmi fəaliyyətini də davam etdirir. Elə elmdən ayrılmaması İ.Mustafayevin milli və maarifçilik təşəbbüskarı kimi fəaliyyətinə səbəb olur. Doğrudur, o, çox keçmədən vəzifəsindən uzaqlaşdırılacaqdı. Çünki onun Mərkəzə sərf etməyən fəaliyyəti çoxlarını narazı salırdı. Amma o, çox şeyə dözə bildi. Yəni onunla bərabər rəhbərliyə gətirilmiş mərhum xalq yazıçısı Mirzə İbrahimov və ictimai xadim Sadıq Rəhimov bu təzyiqlərə dözə bilmədilər. Tez bir zamanda "xəstəlik" səbəbindən vəzifədən gedəsi oldular. Amma sərasər 5 il hər şeyə rəğmən işini davam etdirən İmam Mustafayev axırda özünün ən ali missiyasını həyata keçirə bilir. Yəni Azərbaycan dili artıq onun rəhbərliyi müddətində dövlət dili olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
Azərbaycanda leysan və dolu: Bu rayonlara yağış YAĞIR
-
Ailəsini ziyarətə gələn 18 yaşlı əsgər vəfat etdi - VİDEO
-
Bakı-Tiflis qatarı ilə səyahət edənlər cərimələnə BİLƏR
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş haqqı AÇIQLANDI - RƏSMİ - FOTO
XƏBƏR LENTİ
-
İşlər tamamilə dəyişdi, hər il telefon dəyişdirmək dəbi bitdi
-
“Kamera Musiqisi Axşamı” adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi - FOTO
-
"Qəbələ" "Şamaxı"nı məğlub edib
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Mask tarixdə ilk trilyoner ola bilər
-
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
“Zirə”də ayrılıq vaxtı
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur





