Cəmiyyət

Avtobus kartlarına niyə qəpiklə gediş haqqı yükləmək olmur? - VİDEO

30 Yanvar 2014 17:56
0 Şərh     Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov məsələyə aydınlıq gətirib

Bu gün səhərdən 1,5,6,9,10,11,13,14,15,17 və sair marşrutlarda kart sistemi tətbiq edilib. Sərnişinlər həmin kartları Nəqliyyat Nazirliyinin dayanacaqlarda işləyən əməkdaşlarından və köşkdlərdən əldə edə bilərlər. Bir kartın qiyməti 3 manatadır. 2 manat sığorta depoziti,1 manat isə karta gediş haqqı kimi yüklənir. Yeni sistemə keçid marşrut avtobuslarında yaşanan bir sıra xoşagəlməz halları aradan qaldıracaq. İlk növbədə isə sürücü ilə sərnişin arasında birbaşa ünsiyyət olmayacaq. Kart sisteminin tam tətbiqindən sonra sərnişinlər bir qayda olaraq marşruta qarşı tərfədən minib, arxa tərəfədən düşəcəklər. Nəqliyyat kartına qəpiklə gediş haqqı yükləmək mümkün olmayacaq ki, bunun da bir sıra səbəbləri var.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib: ""Pay point"lərdə də manatdır, yəni qəpik söhbəti yoxdur onlarda. Həmçinin belə rahat olacaq sərnişinlər üçün. Məsələn, 1 manat yükləyən sərnişin 5 dəfə gedib-gələ biləcək"

Kart sisteminə keçid əksər sürücüləri narazı saldığı halda bu sərnişinlərin ürəyindəndir. Avtobus kartlarından öncə metro kartlarının istifadəsinə vərdiş edən sərnişinlər avtobusların da bu sistemə keçməsindən olduqca məmnundurlar.

Sərnişin, Pünhan Rəhimov: "Biz istəyirik ki, elə kart sistemi olsun. Çünki bizə elə yaxşıdı. Qəpik düşür ora-bura amma manat olanda yaxşı olar" .

Sürücülər isə hələ ki bu sistemdən razı deyillər. Hər halda sürücülərlə söhbətdən belə başa düşdük ki, kart sisteminə keçilsə də, onların qarşısına qoyulan plan qüvvədən düşməyib.

Sürücü, Əsəd İmamverdiyev: "Gəlirlər, məsələn, kartla vururlar. Sonra bizə planı qoyub filan qədər pul istəyirlər. Bəs kartdırsa, onda biz neynəyək".

Kart sistemi ilə yanaşı, marşurut avtobuslarında, hələ ki, nəğd ödənişdə qalıb. Yəni kim istəyir kartla, kim istəyirsə, nəğd pulla gediş haqqını verə bilər. Elə Nəqliyyat Nazirliyinin əməkdaşı da deyir ki, nəğd pulla gediş qaldığından plan saxlınılıb.

Avtobusların hər birində tam olaraq kart sisteminə keçəndən sonra plan da ləğv edilərək, sürücülərin hər birinə stabil əməkhaqqı da veriləcək. Bunun isə tam tətbiq olunması üçün fevral ayını gözləmək lazımdır.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.