Bu gün səhərdən 1,5,6,9,10,11,13,14,15,17 və sair marşrutlarda kart sistemi tətbiq edilib. Sərnişinlər həmin kartları Nəqliyyat Nazirliyinin dayanacaqlarda işləyən əməkdaşlarından və köşkdlərdən əldə edə bilərlər. Bir kartın qiyməti 3 manatadır. 2 manat sığorta depoziti,1 manat isə karta gediş haqqı kimi yüklənir. Yeni sistemə keçid marşrut avtobuslarında yaşanan bir sıra xoşagəlməz halları aradan qaldıracaq. İlk növbədə isə sürücü ilə sərnişin arasında birbaşa ünsiyyət olmayacaq. Kart sisteminin tam tətbiqindən sonra sərnişinlər bir qayda olaraq marşruta qarşı tərfədən minib, arxa tərəfədən düşəcəklər. Nəqliyyat kartına qəpiklə gediş haqqı yükləmək mümkün olmayacaq ki, bunun da bir sıra səbəbləri var.Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov məsələyə aydınlıq gətirib