Cəmiyyət

Qənaət elə bir xəzinədir ki...

30 Yanvar 2014 23:12
2 Şərh     Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Əli (ə) buyurur: "O kəs ki, müdrik olar - qənaət edər". Ağıl qənaəti onun dəyərlı təsirlərinə görə seçir, o cümlədən: insanın özündən qeyrisindən ehtiyacsız olması, insanın yoxsulluğa dözməsi, səbir etməsi kimi. Ağıl qənaəti insanın xeyirinə olan bir əməl kimi tanıyır. Baxmayaraq ki, insan zahirdə qənaətdən az istifadə edir, ancaq qənaətin aqibətinə görə bu əməl ağıl tərəfindən həmişə sevilmişdir. İnsanın dünyaya olan elmi hər nə qədər çox olarsa, insanlıq məsələlərinə daha dərindən diqqət etməyə başlayar. Yaxşı sifətləri, o cümlədən qənaət sifətini də bəyənərək, ona əməl etməyə cəhd edər.

Qənaət etmək üçün nə etməli?

- Çalışın ki, ancaq lazım olan zaman özünüzlə çox pul gəzdirəsiniz.

- Ancaq lazım olan vaxt mağazalara və ya marketlərə girməyə çalışın.

- Marketə getməmişdən əvvəl alacaqlarınızın siyahısını tutun və əlavə şeylər almağa çalışmayın.

Qənaət mövzusunda gələn bir neçə hədisə nəzər salaq.

Həzrət Peyğəmbər (s) buyurur: "Qənaət elə bir xəzinədir ki, tamam olmur".

Zəbur kitabında bildirilir ki, hər kim qənaət edər, o, zəngin insandır. Baxmayaraq ki, ac və paltarsız olsa belə. Hər kim qənaət edərsə, başqalarından daha rahat olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Adəm övladı qocalar, ancaq iki sifət onunla qalar: biri hərislikdir və o birisi isə arzu".

Həzrət (s) yenə buyurur: "Ey Əli! Səni üç böyük pis sifətdən: həsəd, hərislik və yalandan çəkindirirəm".

Qənaətin təsirləri.

1. Ruha rahatıq verər

Qənaət ruha rahatlıq bəxş edər, əslində oğruların, cinayətkarların, ədalətsizlərin, rüşvətxorların bəlası hərislikdir. Onlar qənaətdən qafil insanlardır.

2. İzzət və şərəf

Həzrət Peyğəmbər (s) buyurur: "Layiqli deyildir ki, mömin özünü zəlil etsin". O insan ki, öz azına qane olar, heç bir zaman başqalarına əl açmaz. Öz izzətini qoruyar, ona görədir ki, qənaəti xəzinə adlandırırlar.

3. Pak həyat

İmam Əliyə (ə) "Nəhl" surəsinin 97-ci ayəsi haqqında sual verirlər ("Hər kim - kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik"). Həzrət (ə) buyurur: "Məqsəd - qənaətdir".

4. İnsanların sevimlisi olar

O kəsin ki, ruhu həris deyildir və əlində olanlara qane olur, insanların sevimlisinə çevrilər. İnsanlar bu adamlardan razıdırlar. Çünki onlar ən çox şükür edən insanlardır.

5. Nəfsin islah olmasına yardım edər

İnsan nəfsinin ən böyük bəlası - hərislik və çox istəməkdir. Ancaq o kəs ki, qənaət silahı ilə silahlanar, nəfsini islah etməsi üçün yaxşı təhciz olunar.

6. Bədəni rahat olar

Həris insanın ruhu kimi, bədəni də əziyyətdə olar. Ona görə də qapı-qapı gəzər ki, daha çox toplasın. Həris insan dünyaya acdır, qənaətcil insan isə çörəklə toxdur.

Qənaətin iki mərtəbəsi vardır: ali və daha ali. Ali məqamda insan əlində olan mala qane olar. Daha ali məqamda isə qənaətlə yanaşı, insan fədakarlıq ruhiyyəsinə malik olar.

Deyerler.org

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.