Qənaət etmək üçün nə etməli?
- Çalışın ki, ancaq lazım olan zaman özünüzlə çox pul gəzdirəsiniz.
- Ancaq lazım olan vaxt mağazalara və ya marketlərə girməyə çalışın.
- Marketə getməmişdən əvvəl alacaqlarınızın siyahısını tutun və əlavə şeylər almağa çalışmayın.
Qənaət mövzusunda gələn bir neçə hədisə nəzər salaq.
Həzrət Peyğəmbər (s) buyurur: "Qənaət elə bir xəzinədir ki, tamam olmur".
Zəbur kitabında bildirilir ki, hər kim qənaət edər, o, zəngin insandır. Baxmayaraq ki, ac və paltarsız olsa belə. Hər kim qənaət edərsə, başqalarından daha rahat olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Adəm övladı qocalar, ancaq iki sifət onunla qalar: biri hərislikdir və o birisi isə arzu".
Həzrət (s) yenə buyurur: "Ey Əli! Səni üç böyük pis sifətdən: həsəd, hərislik və yalandan çəkindirirəm".
Qənaətin təsirləri.
1. Ruha rahatıq verər
Qənaət ruha rahatlıq bəxş edər, əslində oğruların, cinayətkarların, ədalətsizlərin, rüşvətxorların bəlası hərislikdir. Onlar qənaətdən qafil insanlardır.
2. İzzət və şərəf
Həzrət Peyğəmbər (s) buyurur: "Layiqli deyildir ki, mömin özünü zəlil etsin". O insan ki, öz azına qane olar, heç bir zaman başqalarına əl açmaz. Öz izzətini qoruyar, ona görədir ki, qənaəti xəzinə adlandırırlar.
3. Pak həyat
İmam Əliyə (ə) "Nəhl" surəsinin 97-ci ayəsi haqqında sual verirlər ("Hər kim - kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik"). Həzrət (ə) buyurur: "Məqsəd - qənaətdir".
4. İnsanların sevimlisi olar
O kəsin ki, ruhu həris deyildir və əlində olanlara qane olur, insanların sevimlisinə çevrilər. İnsanlar bu adamlardan razıdırlar. Çünki onlar ən çox şükür edən insanlardır.
5. Nəfsin islah olmasına yardım edər
İnsan nəfsinin ən böyük bəlası - hərislik və çox istəməkdir. Ancaq o kəs ki, qənaət silahı ilə silahlanar, nəfsini islah etməsi üçün yaxşı təhciz olunar.
6. Bədəni rahat olar
Həris insanın ruhu kimi, bədəni də əziyyətdə olar. Ona görə də qapı-qapı gəzər ki, daha çox toplasın. Həris insan dünyaya acdır, qənaətcil insan isə çörəklə toxdur.
Qənaətin iki mərtəbəsi vardır: ali və daha ali. Ali məqamda insan əlində olan mala qane olar. Daha ali məqamda isə qənaətlə yanaşı, insan fədakarlıq ruhiyyəsinə malik olar.
Deyerler.org