Niyə ABCDEF yox, məhz "QWERTY"?
Kompüter klaviaturasına baxan hər kəs, yazı klavişlərinin birinci sırasında duran ilk 6 hərfin  "QWERTY" olduğunu asanlıqla görə bilər, lakin hərflərin niyə əlifba sırası ilə deyil, məhz belə nizamsız şəkildə düzülməsinin səbəbi isə ola bilsin çoxlarına məlum deyil. 
Ona görə də məlumunuz olsun ki, "QWERTY" tərtibatı, hələ kompüter kəşf olunmamışdan xeyli qabaq yaranıb. Özü də bu düzülüşün tarixi, sən demə, yazı makinasının ixtirası ilə bağlıdır. 
İlk dəfə yazı makinası düzəltmək ideyası, deyilənlərə görə Genri Mill adlı ingilis mühəndisinin ağlına gəlir. Ona, hətta 1714-cü ildə Britaniya kraliçası Annanın icazəsi ilə "Hərflərin mexaniki maşınla kağız üzərinə köçürülməsi metodu"nu kəşf etdiyinə görə patent də verilir. Lakin, Mill nə qədər çalışsa da bu ideyanı nəzəriyyədən praktikaya tətbiq edə bilmir. Sonradan başqa ixtiraçıların da cəhdlərinə baxmayaraq, bu məsələ XIX əsrin 60-cı illərinə kimi həll olunmamış qalır. Problemin həllini isə, vaxtı ilə Amerikanın Vinskonsin ştatında qəzet redaktoru işləmiş Kristofer Şouls tapdı. 
Yazı makinaları məşhur yazıçı Mark Tveni necə bankrot etdi?
Təəccüblüdür ki, Kristofer Şouls yazı qurğusunu nəşriyyatda işləyəndə yox, Miluoki limanının gömrükxana rəisi vəzifəsinə keçəndən sonra kəşf etmişdi. Yeni işində Şouls jurnalist fəaliyyətini dayandırmalı olsa da, o, əvvəllər qələmlə məqalə yazanda, yaxud hansı isə yazının üzünü köçürəndə nə qədər əziyyət çəkdiyini unuda bilmirdi. Kristofer hələ o zamanlar yazı işini yüngülləşdirən bir metodun mümkünlüyünə inanırdı, lakin onu tapmağa vaxt ayıra bilmirdi. Təzə vəzifəsində Şoulsun işinin elə də ağır olmaması və boş vaxtının çox qalması, ona yenidən yazı prosesini asanlaşdıran metod axtarmağa imkan verdi. Asudə vaxtlarında yerli emalatxanaların birində çalışan Şouls və onun kompanyonu Karlos Qlidden bir müddətdən sonra kitab səhifələrini ardıcıl nömrələyən aparat ixtira edirlər. Məhz bu sadə qurğudan yazı maşını öz başlanğıcını alır. 
İlk yazı makinası Morze əlifbasını yazmaq üçün istifadə edilən köhnə teleqraf açarından və linglərdən yığılır. Şouls linglərinin ucuna literləri elə bərkidir ki, linglər hərəkətə gələndə bu dəmir hərflər kopirkaya dəyərək onun altındakı kağıza həmin hərfin surətini salırdı. Şouls 1867-ci ildə öz ixtirasına patent alır və onun kütləvi istehsalı isə altı il sonra iri silah şirkəti "Reminqton Rend" firması tərəfindən həyata keçirilir. 
İlk yazı maşınları çox baha olsalar da, istifadəçilər onlardan razılıq edirdilər. İstifadəçilər arasında Mark Tven təxəllüsü ilə yazan keçmiş mətbəə işçisi Semyuel Klemens də var idi. Yazı makinaları məşhur yazıçını o qədər məftun edir ki, yazıçı onların istehsalına küllü miqdarda pul qoyur. Lakin, biznes özünü doğrultmur və Mark Tven, demək olar ki, tamamilə müflis olur.  
Niyə, "QWERTY" hələ də dəyişməz qalır?
Kristofer Şouls ilk dəfə makinanı yığanda müəyyən faktorları nəzərə almayaraq, hərfləri "ABCDEF..." əlifba sırası ilə düzmüşdü. Lakin, maşını işlədəndə Şouls görür ki, istifadə zamanı makinada linglər tez-tez bir-birlərinə dolaşır, sürətli yazıda isə ilişmələr daha da artaraq yazı prosesini pozur. Bu səbəbdən Kristofer çox işlənən hərflərin qollarını bir-birlərindən aralı, onların klavişlərini isə şəhadət barmağından uzaqda, makinanın qıraq hissələrində yerləşdirir. Beləliklə, "QWERTY" adlanan bir düzülüş alınır. Belə düzülüş yazı prosesini bir qədər ləngitsə də, əvəzində rahat çap etmək imkanı verdi. 
Çox maraqlıdır ki, Şoulsun yaratdığı "QWERTY" düzülüşü bu günə kimi dəyişməz olaraq qalıb. Mütəxəssislər bu tərtibatı bir neçə dəfə dəyişməyə cəhd etsələr də, onların ideyaları qəbul edilməyib, halbuki, onların arasında daha səmərəli düzülüşlər də olmuşdu. Məsələn, 1932-ci ildə Vaşinqton Statistika Universitetinin professoru Avqust Dvorakın yığdığı klaviatura sürətli yazı baxımından daha əlverişli idi. Dvorak tez-tez işlədilən hərfləri barmaqların başlanğıc vəziyyətində durduğu klaviaturanın orta sırasına elə düzür ki, yalnız bir cərgədən istifadə etməklə üç minə qədər çox istifadə edilən ingilis sözlərini çap etmək olurdu. Halbuki, QWERTY-ın orta sırası cəmi yüz söz yazmağa imkan verir. Lakin, istifadəçilərin QWERTY-yə olan rəğbəti və ona bərk öyrəşməsi digər tərtibatların meydana çıxmasına imkan vermir.
Niyə, İBM şirkəti öz modelində "QWERTY" düzülüşünə üstünlük verir?
QWERTY-yə olan bağlılıq o qədər güclü olur ki, hətta sonradan meydana çıxan kompüterlərin klaviaturalarını da həmin üslubda yığmağa başlayırlar. Müasir klaviaturaların çoxu öz başlanğıcını, İBM kompaniyasının XT modelindən götürüb. Kompüterdə hər qurğunun, o cümlədən klaviaturanın klavişlərini də istənilən düzülüşdə  proqramlaşdırmaq mümkün olmasına baxmayaraq İBM şirkəti öz modelində makina klavişlərinin standart naborunu olduğu kimi saxlayaraq "QWERTY" düzülüşünə üstünlük vermişdir. Belə addım makinaya adət etmiş istifadəçilərin kompüterdə işləyərkən çaşmaması üçün atılmışdır.
İlk İBM klaviaturası 83 düyməli olsa da 1987-ci ildə klaviaturanın toxunacaqlarının sayı artırılaraq 101-ə çatdırılır. Beləliklə,  "IBM Enhanced 101 Key Keyboard" standartı yaradılır. Bu gün isə standart klaviaturalardan fərqli olaraq əlavə funksiyalı klaviaturalar da istehsal edilir. Onların bəzilərində kalkulyator, saat, bəziləri isə sıyırmalı olur. İstifadəçinin individual xüsusiyyətlərindən asılı olaraq, onun rahatlığı üçün sağ və sol tərəfləri müxtəlif bucaqlara əyilə bilər. Hazırda, kompüterə qoşulmadan, distansiyadan idarə edən klaviaturalar da istehsal olunur. 
Kompüterdə yazmağın üstünlükləri nələrdir?
Klaviatura kompüterdə müəyyən əməliyyatları aparmaqla yanaşı, həm də rahat mətn yığımı üçün də çox əlverişli şərait yaratdı. Onun kompüterlə əlaqələndirici mikroprosessoru olduğu üçün, ani olaraq iki klavişi basmaqla latın əlifbasından istənilən şriftə keçmək mümkündür. 1995-ci illərdən başlayaraq "Microsoft" şirkətinin hazırladığı kompüter ofis və nəşriyyat proqramları yazarların zəhmətini xeyli yüngülləşdirməyə başladı. Kompüterdə çap etməyin yazı makinasından əsas üstünlükləri ondadır ki, əvvəla, xüsusi proqramlar var ki, onlar yazıdakı orfoqrafik səhvləri avtomatik tapıb göstərir və yazan üçün mətndəki hərf səhvlərini düzəltmək çox asan olur. İkincisi, kompüterdə mətni tam hazırlayıb qurtarana kimi kağızdan istifadə olunmur. Yazı maşınında isə bir səhvə görə bütöv səhifəni cırıb atıb, təzəsini yazmalı olurdun. Bunlardan əlavə, kompüterdə hazır mətni sonsuz sayda kopiya  və printerdə çap etmək, fayl şəklində diskdə, fləşdə və yaxud internet vasitəsilə istənilən yerə göndərmək mümkündür. 
Sonda isə qeyd edək ki, respublikamızda latın əlifbası işlədildiyi üçün biz də öz iradəmizdən asılı olmayaraq kompüterdə yazı yazarkən "QWERTY", daha doğrusu  "W" hərifini "Ü"-yə dəyişməklə  "QÜERTY" düzülüşündən istifadə edirik. Lakin, tam əminliklə demək olmaz ki, "QÜERTY" tərtibatı Azərbaycan dili üçün tam əlverişlidir. Təcrübə göstərir ki, əksər sözlərin yazılışında, ya sağ əlin barmaqları çox işləyir, ya da ki, sol əlin. Yəqin ki, bu qüsur  "QWERTY"-nin ingilis dili üçün nəzərdə tutulması ilə bağlıdır. Görünür, zaman keçdikcə biz də "QWERTY"-yə tam öyrəşib başqa tərtibatları qəbul etməyəcəyik. Vərdişi tərgitmək, vərdiş etməkdən daha çətin olur axı!...
Vüqar Haqverdiyev
Milli.Az
    
    
    
    
    
    Cəmiyyət
     VTB-də yüksək depozit faizleri daha çox qazandırır
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
        
        
    
    
    
    
    
    
        
    
    
    
    
    
    
        
            
        
        
            
            
        
    
    
    
        
                
        
            
        
            
        
        
            
        
    
    
    
        
    
    
    
            
    
    
    
        
    
    
Kompüter hərflərinin nizamsızlığı nədən xəbər verir? - ARAŞDIRMA
8 Noyabr 2010 09:45
    
                Baxış: 1 596    
    
             VTB-də yüksək depozit faizleri daha çox qazandırır
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
        
        
    
    
    
    
    DİGƏR XƏBƏRLƏR
- 
                
                     42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır - FOTO 42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır - FOTO
- 
                
                     Monteneqro Ombudsmanı saxlanılan azərbaycanlıların hüquqlarını müdafiə edəcək Monteneqro Ombudsmanı saxlanılan azərbaycanlıların hüquqlarını müdafiə edəcək
- 
                
                    .jpg) Həmin "qaraçı qızlar" bu dəfə şirniyyat mağazasından oğurluq etdilər - VİDEO Həmin "qaraçı qızlar" bu dəfə şirniyyat mağazasından oğurluq etdilər - VİDEO
- 
                
                     Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
- 
                
                    .jpg) Şəmkir rayonunda da minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilib, ehtiyacları öyrənilib - FOTO Şəmkir rayonunda da minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilib, ehtiyacları öyrənilib - FOTO
- 
                
                     “Moskva” univermağının binasında qanunsuz təmir işləri aparılıb - FOTOlar “Moskva” univermağının binasında qanunsuz təmir işləri aparılıb - FOTOlar
XƏBƏR LENTİ
- 
                
                     "Cavadzadə"yə yeni direktor təyin olundu - FOTO "Cavadzadə"yə yeni direktor təyin olundu - FOTO
- 
                
                    .jpg) Tatlısəsin oğluna atasına yaxınlaşmaq qadağan edildi - FOTO Tatlısəsin oğluna atasına yaxınlaşmaq qadağan edildi - FOTO
- 
                
                     Bu marşrutun hərəkət sxemi dəyişdirilir Bu marşrutun hərəkət sxemi dəyişdirilir
- 
                
                    .jpg) DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub - FOTO DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub - FOTO
- 
                
                     Gəlinin anası toyda kürəkəni HƏDƏLƏDİ: qızının ətəyini qaldırıb...  - VİDEO Gəlinin anası toyda kürəkəni HƏDƏLƏDİ: qızının ətəyini qaldırıb...  - VİDEO
- 
                
                     Səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Həkəri dəmir yolu stansiyasına baxış keçiriblər - VİDEO - FOTO Səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Həkəri dəmir yolu stansiyasına baxış keçiriblər - VİDEO - FOTO
- 
                
                     “Toyota"da ciddi NASAZLIQ: 1,28 milyon avtomobil geri çağırılır “Toyota"da ciddi NASAZLIQ: 1,28 milyon avtomobil geri çağırılır
- 
                
                     Salyanda 21 yaşlı oğlan faciəvi şəkildə öldü Salyanda 21 yaşlı oğlan faciəvi şəkildə öldü
- 
                
                     Azərbaycanlı məşhurların arxiv toy FOTOları gündəm oldu Azərbaycanlı məşhurların arxiv toy FOTOları gündəm oldu
- 
                
                     Əməkdar artist buna görə qızından  imtina edib Əməkdar artist buna görə qızından  imtina edib
- 
                
                     Hikmət Hacıyev Zəngəzur dəhlizindən son görüntüləri paylaşdı - VİDEO Hikmət Hacıyev Zəngəzur dəhlizindən son görüntüləri paylaşdı - VİDEO
- 
                
                     Osimhenə fantastik transfer qiyməti qoyuldu Osimhenə fantastik transfer qiyməti qoyuldu
- 
                
                     Noyabrın ilk günündə Bakıda 22 dərəcə isti olacaq Noyabrın ilk günündə Bakıda 22 dərəcə isti olacaq
- 
                
                     Ermənistanda general vəzifəsindən azad olundu Ermənistanda general vəzifəsindən azad olundu
- 
                
                     42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır - FOTO 42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır - FOTO
- 
                
                     İpoteka sistemində yenilik - “kim birinci olacaq” məsələsi dəqiqləşir İpoteka sistemində yenilik - “kim birinci olacaq” məsələsi dəqiqləşir
- 
                
                     Saxlanılan icra başçısı və digər rəsmi şəxslərin GÖRÜNTÜLƏRİ  - VİDEO Saxlanılan icra başçısı və digər rəsmi şəxslərin GÖRÜNTÜLƏRİ  - VİDEO
- 
                
                     Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı
- 
                
                     Bakıda dəhşətli piyadavurma hadisələrinin anbaan görüntüləri - VİDEO Bakıda dəhşətli piyadavurma hadisələrinin anbaan görüntüləri - VİDEO
- 
                
                     Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir
- 
                
                     Bu gün İqtisadiyyat.az-ın 7 yaşı tamam olur Bu gün İqtisadiyyat.az-ın 7 yaşı tamam olur
- 
                
                     Türkiyədə erməni yüksək vəzifəyə gətirildi Türkiyədə erməni yüksək vəzifəyə gətirildi
- 
                
                    .jpg) Qorxu və əyləncənin birləşdiyi GECƏ: "Halloween" dünyada necə məşhur oldu? Qorxu və əyləncənin birləşdiyi GECƏ: "Halloween" dünyada necə məşhur oldu?
- 
                
                     Bu səfər zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə yönəldəcəyik - Hikmət Hacıyev Bu səfər zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə yönəldəcəyik - Hikmət Hacıyev
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                        .jpg) 
                        .png) 
                        .png) 
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                        




 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                        .jpg) 
                         
                         
                        .png)