Cəmiyyət

Bakıda bir məkanda iki qəza tıxac yaratdı - VİDEO - FOTO

14 Yanvar 2014 11:29
0 Şərh     Baxış: 1 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı səhərini yol qəzaları ilə açdı. Milli.Az xəbər verir ki, səhər 08:45-də "Elmlər Akademiyası" metrostansiyası yaxınlığında iki yol qəzası baş verib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, qəzalardan biri Hüseyn Cavid prospektində olub, son model "Hyundai Sonata" və "Nissan Altima" toqquşub. Digəri qəza Badamdar şossesində olub, "Kia Rio", "Nissan Maxima" və "Mitsubishi l200" bir-birinə dəyib.

Qəza nəticəsində sözügedən ərazilərdə böyük tıxac yaranıb. Hadisə yerinə gəlmiş yol patrul xidmətinin işçiləri yaranmış problemi aradan qaldırmağa çalışıblar.

Milli.Az sizə həmin görüntüləri təqdim edir.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.