Bakıda bir məkanda iki qəza tıxac yaratdı - VİDEO - FOTO
14 Yanvar 2014 11:29
Bu gün Bakı səhərini yol qəzaları ilə açdı. Milli.Az xəbər verir ki, səhər 08:45-də "Elmlər Akademiyası" metrostansiyası yaxınlığında iki yol qəzası baş verib.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, qəzalardan biri Hüseyn Cavid prospektində olub, son model "Hyundai Sonata" və "Nissan Altima" toqquşub. Digəri qəza Badamdar şossesində olub, "Kia Rio", "Nissan Maxima" və "Mitsubishi l200" bir-birinə dəyib.
Qəza nəticəsində sözügedən ərazilərdə böyük tıxac yaranıb. Hadisə yerinə gəlmiş yol patrul xidmətinin işçiləri yaranmış problemi aradan qaldırmağa çalışıblar.
Milli.Az sizə həmin görüntüləri təqdim edir.
Ceyhun Ələkbərov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.