Cəmiyyət

Gün var əsrə bərabər: ötənləri yada salaq

22 Dekabr 2013 10:05
0 Şərh     Baxış: 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1988-ci ildə Meydan hərəkatını işıqlandırdığı üçün Nəcəf Nəcəfov "Molodyoj Azerbaydjana" qəzeti redaktorluğundan kənarlaşdırılıb

Milli.Az Anspress-ə istinadən dekabrın 22-də baş vermiş mühüm tarixi hadisələrə nəzər salır.

Miladi: 22 dekabr 2013
Hicri: 18 Səfər 1435

İlin 356-ci günü
İlin sonuna 09 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06.44
Günəş - 08.00
Zöhr - 12.42
Əsr - 15.21
Məğrib - 17.33
İşa - 18.55

1453 - İstanbul Universiteti qurulub.

1639 - fransız dramaturqu Jan Rasin anadan olub.

1829 - ilk sərnişin dəmiryolu xətti Baltimor-Ohayo fəaliyyətə açılıb.

1895 - Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər.

1914 - Ənvər Paşanın komandanlığı altındakı Osmanlı ordusu Sarıqamış əməliyyatına başlayıb.

1918 - Böyük Vətən Müharibəsi illlərində sovet partizanı Mehdi Hüseynzadə (Mixaylo) anadan olub.

1919 - Kommunizmə simpatiyası olan 250 Amerika vətəndaşı SSRİ-yə sürgün edilib.

1920 - Moskvada VIII Ümumrusiya sovetlər qurultayı açılıb. Qurultayda QOELRO planı təsdiq edilib.

1920 - kinodramaturq, rejissor, yazıçı Həsən Seyidbəyli anadan olub.

1932 - Mahatma Qandi azadlığa çıxıb

1936 - Sovet yazıçısı Nikolay Ostrovski vəfat edib.

1941 - Hitler "Qafqaz müsəlman Legionu"nu yaratmaq barədə göstəriş verib.

1942 - Podpolkovnik Həzi Aslanov birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb

1984 - amerikalı kinoaktrisa və müğənni Skarlett Yohansson anadan olub.

1987 - Elmira Qafarova Azərbaycan SSR xarici işlər naziri vəzifəsindən azad edilib.

1988 - Meydan hərəkatını işıqlandırdığı üçün Nəcəf Nəcəfov "Molodyoj Azerbaydjana" qəzeti redaktorluğundan kənarlaşdırılıb.

1989 - 24 illik hakimiyyətdən sonra Rumıniya Kommunist Partiyasının rəhbəri Nikolae Çauşesku devrilib. Arvadı ilə birgə qaçmaq istəyən Çauşesku yaxalanıb.

1993 - Cənubi Afrika Respublikası parlamenti aparteid rejimini rəsmən ləğv edib

1994 - Azərbaycan Respublikası Honduras ilə diplomatik əlaqələr qurmuşdur.

2001 - Əfqanıstanda Həmid Kərzainin rəhbərliyi ilə müvəqqəti hökumət qurulub.

2008 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.