Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"109" sorğu xidməti kriminal hadisələrə necə səbəb ola bilər?
12 Oktyabr 2010 09:45
Baxış: 51 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin qərarı ilə fevralın 1-dən etibarən "109" telefon sorğu xidmətini ödənişli fəaliyyət göstərir. Vətəndaşlar "109" telefon sorğu xidmətinə zəng vurmaqla ünvana görə, hətta natamam ünvana görə telefon nömrəsini, həmçinin köhnə nömrə əsasında yeni nömrəni, yeni nömrəyə görə köhnə nömrəni, telefon nömrəsinə görə ünvanı öyrənə bilirlər. Bundan başqa, küçənin, hər hansı bir qurumun harada yerləşməsini, telefon nömrəsinə görə həmin abunəçini müəyyənləşdirmək mümkündür. Belə olan halda, vətəndaşların şəxsi məlumatları, təhlükəsizlik məsələləri ilə bağlı bəzi suallar ortaya çıxır.
Məsələn, hər hansı vətəndaşı güdən hansısa təxribatçı (yaxud cani, oğru və s.) onun ev telefonunun nömrəsini əldə edərək 109 vasitəsilə ev ünvanını öyrənir. Yaxud da onun yaşadığı yeri bilir və "109"dan ünvanını söyləməklə ev telefonun nömrəsini əldə edir. Vətəndaşların ünvanlarının və evlərinin (yaxud ofislərinin) telefon nömrələrinin belə asanlıqla əldə edilməsi, sizcə, heç bir problemə səbəb ola bilməz?
Telefon xuliqanları, yaxud bilərəkdən kiminsə evində, ailəsində problem yaratmaq istəyən şəxs istədiyi şəxsin telefon nömrəsini öyrənib bu əməlini həyata keçirə bilər.
Ünvanların əldə edilməsi də kiçik məsələ deyil. Planlı şəkildə oğurluq, basqın, qətl və s. kimi əməllər törədilə bilər.
"Telefon sorğu xidmətindən əldə edilən məlumatlar telefon xuliqanlığı və şantaja yol aça bilər"
Ekspertlər hesab edirlər ki, vətəndaşlarla bağlı məlumatların cəmiyyətə açıq olması telefon xuliqanlığı və başqa sui-istifadə hallarına yol aça bilər.
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadova Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, "109" sorğu xidmətinin işi konfidensial deyil və ona görə də orda toplanan məlumatlar sirr sayılmır. İ.Cavadova hesab edir ki, həmin məlumatlar açıq olduğundan sorğu xidməti tərəfindən verilən bilgi hansısa formada narahatçılığa, şantaja, telefon xuliqanlığına və digər sui-istifadə hallarına yol aça bilər.
Bəs şəxsi məlumatlar niyə konfidensial deyil?
"Ancaq bu, o demək deyil ki, "109" xidməti düzgün işləmir. Deyə bilmərik ki, onlar qanunvericiliyi pozur. Bu hal həmin sorğu xidmətinin günahı deyil. Amma bu, bizim qanunvericilikdə olan boşluqdur. Dəqiq göstərilmir ki, hansı şəxsi məlumatlar qapalı saxlanılmalıdır. Qanunvericilikdə bununla bağlı heç nə göstərilmədiyinə görə mövzu açıqdır. Bu işi isə hüquqşünaslar etməlidir. Mobil rabitə operatorlarında bu məsələdə konfidensiallıq var, onlar şəxsi məlumatları yalnız hüquq-mühafizə orqanlarının müraciəti əsasında məhkəmə qərarı ilə verir, ancaq "109" xidməti isə cəmiyyətə açıqdır".
Vəkil bu xidmət tərəfindən açıqlanan məlumatlar əsasında baş verəcək sui-istifadə hallarının qarşısı almaq üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görür.
"Şəxsi məlumatların hər hansı cinayətkar tərəfindən əldə edilmiəsi böyük kriminala yol aça bilər"
Sabiq polis rəisi Mahmud Hacıyev də "109" sorğu xidməti tərəfindən açıqlanan məlumatların kriminal məqsədlər üçün istifadə olunma ehtimalını önə çəkdi. Onun sözlərinə görə, bu məlumatların hər hansı cinayətkar tərəfindən əldə edilməsi böyük kriminala yol aça bilər: "Ona görə də, "109" xidməti ondan məlumat almaq istəyən vətəndaşın şəxsi məlumatlarını əvvəl almalı, ondan sonra ona məlumat verməlidir. Oğru hansısa ünvanda oğurluq etmək istəyirsə, həmin xidmətdən nəzərdə tutuduğu ünvanın telefonu əldə edib ora zəng edə və evdə kiminsə olub-olamamağını öyrənə bilər. Fikrimcə, sorğu edən şəxsin şəxsiyyəti mütləq həmin xidmət tərəfindən müəyyənləşdirilməlidir".
Kommersiya marağı üstün tutulur
M.Hacıyev hesab edir ki, burada kommerisiya maraqları üstün tutulur. Həmin xidmət pullu olduğundan istənilən məlumatlar açıqlanır. Amma elə şeylər var ki, burada gəlirə göz yümmaq lazımdır. Mobil operatorlar əvvəllər polisə, sahə müvəkillərinə, əməliyyatçılara abonentlər haqda şəxsi məlumatlar verirdi. Ancaq sonradan bu dairə qısaldıldı və məlumatlar məhkəmə qərarı olmadan verilmədi.
Telefon sorğu xidmətində nə qədər abonentin məlumatı toplanıb?
Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi sorğu məlumat sexinin rəisi Əhliman İsmayılov Milli.Az xəbər portalına açıqlamsında bu məsələdə vətəndaşlarının sirrinin pozulması fikri ilə razılaşmadığını bildiridi. Onun sözlərinə görə, bu proses abonentin istəyi ilə həyata keçirilir: "Kim istəmirsə qovşağa onun haqda məlumatın verilməməsi ilə ərizə yazır, bundan sonra habonentlə bağlı məlumat verilmir. Dünya praktikasında da belədir. Hazırda birliyin sorğu məlumat xidmətində 1,5 milyon idarə, müəssisə və fiziki şəxs qeydiyyatdadır. Onlardan 400 mində yaxın idarə, müəssisə, 1 milyondan artığı ilə fiziki şəxslərdir".
İstehsalat Birliyinin rəisi məlumatların açıqlanmasının kriminala yol açmasını inkar edərək bildirdi ki, bu, əksinə cinayətin üstünün açılmasına köməklik edir.
Nazirlik: "Sorğu xidmətinə toplanmış məlumatlar könüllülük prinsipi ilə həyata keçrilir"
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Milli.Az xəbər portalına açıqlamasında bildiridi ki, "109" sorğu xidmətinə toplanmış məlumatlar könüllülük prinsipi ilə həyata keçrilib. Onun sözlərinə görə, bu iş məcburi qaydada aparılmır: "Vətəndaş evinə telefon çəkdirərkən müqavilədə göstərilən yerdə lazımı qeydlərini aparır. Vətəndaş telefon çəkdirən zaman ona verilən müqavilədə bunula bağlı qeyd olub. Əgər vətəndaş müqavilə bağlayarkən onun telefonu ilə bağlı məlumatların göstərilməsini istəyirdisə, bu, 109 sorğu xidmətində göstərilir. Əksə halda, sorğu xidmətində bu barədə məlumat olmur. Bu halda kimsə 109-dan hansısa telefon nömrəsi və ya ünvan barədə məlumat istədikdə, bu barədə məlumat əldə etmək mümkün olmur. Hələ sovet dövründə də belə kitabçalar buraxılırdı, orada istər hüquqi, istərsə də fiziki şəxs barədə məlumatlar göstərilirdi".
M.Əmirovun başqa ölkələrin də təcrübəsindən nümunələr gətirərək dedi ki, Moskvada telefon şəbəkəsinin sorğu xidmətində 200 mindən çox ştat və qurum, 6,5 milyon fiziki şəxs barəsində məlumat var. Lakin Azərbaycanda sorğu xidmətində qeyd olunan fiziki və hüquqi şəxslərin sayı barədə dəqiq məlumat yoxdur: "Çünki bizdə bu iş könüllülük prinsipi ilə həyata keçirilir".
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
XƏBƏR LENTİ
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
İranla ABŞ arasında yenidən toqquşma baş verib
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib