Korrupsiyaya qarşı mübarizə müsbət qiymətləndirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir. Təkcə ötən ay ərzində korrupsiya və dələduzluq faktlarına görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyev, şöbənin baş məsləhətçisi Yusif Dadaşov, "Afina" Məhdud Məsuliyyətli Cəmiyyətin direktor müavini, tikinti işləri üzrə direktoru Qüvvətəli Süleymanov, özünü vəzifəli şəxs kimi təqdim edən Bakı şəhər sakini Lətif Süleymanov, "Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialının müdiri Razi Talıbzadə və başqaları Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirləndirilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu istiqamətdə tədbirlər yenə də davam etdirilməkdədir.Ekspertlərin fikrincə, bu sahədə siyasi iradə ilə yanaşı, ictimai fəallıq da nümayiş etdirilməlidir
Bütün bunlar dövlətin korrupsiyaya qarşı apardığı mübarizənin tərkib hissəsi kimi qəbul olunmalıdır. Bunun üçün ölkə rəhbərliyinin siyasi iradəsi də bir neçə dəfə ifadə edilib. Prezident İlham Əliyev bir neçə dəfə ictimaiyyət nümayəndələri ilə görüşündə korrupsiyaya qarşı mübarizənin prioritet məsələ olduğunu bildirib. O, korrupsiyanı hər bir cəmiyyəti daxildən sarsıdan yara, xəstəlik kimi qələmə verib. Deyib ki, bütün imkanlardan istifadə edilərək, ölkədə korrupsiyanın olmamasına, Azərbaycanda tam şəkildə sosial ədalətin təmin edilməsinə çalışmaq lazımdır. Prezident deyib ki, korrupsiya sosial ədaləti pozan bir amildir. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə çox müsbət dəyişikliklərin olduğunu söyləyən İ.Əliyev, bu bəlanın Azərbaycandan tamamilə götürüləcəyinə, cəmiyyətimizin bu yaralardan sağalacağına əminliyini vurğulayıb.
Ölkə ictimaiyyəti də korrupsiyaya qarşı aparılan mübarizəni müsbət dəyərləndiriblər. Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin sədri, hüquq elmləri doktoru, professor Kamil Səlimov ötən müddətdə bu istiqamətdə kifayət qədər nəzərə çarpan işlərin görüldüyünü söyləyib. O, belə uğurlu fəaliyyətin davamı kimi beynəlxalq təcrübədən yararlanmağı da vacib sayıb: "Baş prokuror yanında xüsusi idarənin yaradılması, prezident yanında komissiyanın mövcud olması korrupsiyaya qarşı mübarizə istiqamətində tam işlək mexanizmdir. Amma bu işdə beynəlxalq təcrübənin öyrənilməsi də zəruridir. Beynəlxalq təcrübədən danışarkən həm Avropa, həm də Asiya təcrübəsini nəzərdə tuturam. Əgər biz cəmiyyətimizi bu bəladan maksimum səviyyədə xilas etmək istəyiriksə, xarici təcrübəyə də istinad etməli, əlavə tədbirlər görməliyik. Qanunvericilikdə antikorrupsiya ekspertizası aparmalıyıq. İndiki şəraitdə bu, qarşıda duran əsas məsələlərdən biridir. Biz korrupsioneri tutub qazamata salmaqla yanaşı, korrupsiyaya şərait yaradan amilləri də aradan qaldırmalıyıq. Belə bir şəraiti isə qanunvericilikdəki bəzi boşluqlar yaradır. Ona görə də hüquq-mühafizə orqanları əməkdaşlarının da iştirakı ilə ya bu qanunlar dəyişdirilməli, ya da ona əlavə və dəyişikliklər edilib təkmilləşdirilməlidir. Lakin antikorrupsiya ekspertizaların keçirilməsini sadəcə nazirliklərə və sair dövlət qurumlarına həvalə etmək olmaz. Bu prosesə yerli mütəxəssislər, ilk növbədə isə alimlər cəlb olunmalıdır".
Korrupsiyaya qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev ölkəmizdə şəffaflığın artırılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində aparılan təqdirəlayiq işlərin vətəndaş cəmiyyəti institutlarının diqqətindən kənarda qalmadığını söyləyib. Bildirib ki, bütün əldə olunan nailiyyətlər, xüsusilə dövlət idarəçiliyi sahəsində müasir kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət qulluğunun təşkili, vətəndaşlara müasir xidmət sahələrinin yaradılması məhz Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir: "Dövlət başçısının "Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi"ni yaratması dövlətin şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətindəki qətiyyətinin təcəssümü idi. Prezident İlham Əliyevin "ASAN xidmət" mərkəzləri Azərbaycanın brendidir" ifadəsi, artıq əməli olaraq bu xidmət sahəsinin fəaliyyətində öz əksini tapıb. Yarandığı qısa müddət ərzində həyata keçirdiyi səmərəli fəaliyyət nəticəsində 500 mindən artıq vətəndaşımıza xidmət göstərən "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti nəinki regionumuzda hətta inkişaf etmiş Avropa ölkələrində belə maraqla izlənilir, onun bu sahədəki nailiyyətləri ilə yaxından tanış olurlar. Hesab edirik ki, həm müvafiq dövlət qurumlarının, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, həmçinin Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, müvafiq vətəndaş cəmiyyəti institutlarının bu sahədəki səmərəli fəaliyyəti dövlət başçımızın korrupsiyaya qarşı mübarizə sahəsində ortaya qoyduğu qətiyyətli iradənin nəticəsidir".
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov Azərbaycanda korrupsiyaya qarşı mübarizənin 2003-cü ildən dövlət siyasətinə çevrildiyini xatırladıb. Qeyd edib ki, bu siyasət davamlı xarakter alıb: "Dünya ölkələrində bu istiqamətdə aparılan işlər onu göstərir ki, korrupsiyaya qarşı mübarizə dövlət siyasəti olaraq davamlı hal alırsa, mütləq müsbət nəticələr əldə olunur. Bu baxımdan Azərbaycan dövləti tərəfindən də belə bir siyasətin davamlı olması mühüm əhəmiyyət daşıyır. Ən önəmlisi isə bu mübarizədə ölkə başçısının siyasi iradə nümayiş etdirməsidir. Siyasi iradə olan yerdə korrupsiyaya qarşı mübarizənin strategiyasını, taktiki gedişlərini müəyyənləşdirmək asandır. Belə hallar nəzərə alınaraq Azərbaycanın bu istiqamətdəki fəaliyyəti, qanunvericilik bazası beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən də müsbət qarşılanır. Qalır qanunların işləməsi və onların vətəndaşlar tərəfindən dəstəklənməsi. Təəssüflər olsun ki, bəzi hallarda bu məsələlərdə problemlər yaşanır. Əsas problem kimi məmur özbaşınalığı, qanunların icrasına məmur laqeydliyi, vətəndaşların hüquqi savadsızlığından irəli gələn müqavimət zəifliyidir. Bunlar kompleks şəkildə öz həllini tapmalıdır. Çünki siyasi iradə olan yerdə ictimai iradə olmasa, korrupsiyaya qarşı mübarizənin səmərəliliyi azalır, onun qarşısına maneələr çıxır. Vətəndaşın korrupsiyaya qarşı müqaviməti daha da yüksək olmalıdır ki, cəmiyyət sözügedən xəstəlikdən azad olunsun".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)





