Milli.Az İslam.az-a istinadən bildirir ki, namazın birinci və ikinci rükətlərində Fatihə surəsindən sonra istənilən surəni oxumaq olar. Lakin bu, vacib səcdə ayəsi olan surə olmamalıdır (Səcdə, Fussilət, Nəcm və Ələq surələri). Namazın birinci rükətində Fatihədən sonra Qədr surəsini, ikinci rükətdə isə Fatihədən sonra İxlas surəsini oxumaq müstəhəbdir.
Namazın həm birinci, həm də ikinci rükətlərində Farihədən sonra eyni surəni oxumaq məkruhdur; yalnız İxlas surəsi istisnadır. Eləcə də, sutka ərzində qılınan namazların heç olmasa bir rükətində də olsa İxlas surəsini oxumamaq məkruh sayılır.
Milli.Az