Bilik var adamı kor edər, bilik də var...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O, sidik kisəsi üzərində cərrahiyyə əməliyyatı aparır, sidik kisəsindəki daşları çıxarırdı. Razini spirtin və kükürd turşusunun ixtiraçısı sayırlar. Onun 20 cildlik "Əl-Havi" kitabını orta əsrlərdə Avropada ən yaxşı tibbi vəsait kimi qəbul edirdilər. "Əl-Havi" 1394-cü ildə Parisdəki tibb institutunun kitabxanasında mövcud olan 9 əsas kitabdan biri idi. Razi ilk dəfə çiçək və qızılca xəstəliklərini bir-birindən fərqləndirmiş və hər ikisinin ayrılıqda təsvirini vermişdir. Onun bu mövzuda yazdığı kitab 1498-1866-cı illər arasında Avropada ingilis dilində 40 dəfə nəşr edilmişdi.
Zəkəriyya Razinin tibb elminə gəlişinin maraqlı bir tarixçəsi var. Deyirlər ki, o, cavanlığında tibb, fəlsəfə kimi elmlərə az diqqət yetirir, əlkimya ilə maraqlanırmış. Əlkimya - müxtəlif kimyəvi maddələrin bir-birinə çevrilməsindən, xüsusilə də ucuz metallatdan qızıl və gümüşün alınmasından bəhs edir. Ümumiyyətlə, bu elmin həqiqi olub-olmaması barədə birmənalı fikir yoxdur. Əksər alimlər əlkimyanı fırıldaqçılıq sayırlar. Amma bəzi dini mətnlərdə müqəddəs şəxslərin bu elmi bildikləri və öz yaxın səhabələrinə öyrətdikləri xəbər verilir.
Razi əlkimya ilə ciddi maraqlanırdı, hətta bu barədə kitab da yazmışdı. Həmin kitabı Samanilər dövlətinin başçısı Məlik Mənsura hədiyyə edir. Mənsur çoxlu var-dövlət qazanacağını göz önünə gətirib sevinir, müəllifə min dinar mükafat verir, həm də ona tapşırır ki, tezliklə işə başlayıb qızıl hazırlasın. Razi deyir: "Bu iş asanlıqla baş tutan deyil. Əlkimyanın qanunları əsasında qızıl hazırlamaq üçün xeyli nadir vəsaitlər, maddə və bitkilər əldə etmək lazımdır". Məlik Mənsur onun istədiyi hər şeyi tapıb gətirəcəyinə söz verir, bunun üçün xeyli pul da ayırır. Razi işə başlayır, amma nə qədər çalışırsa, kitabda yazdığı üsullarla qızıl əldə edə bilmir.
Məlik Mənsur qəzəblənib deyir: "Mən inanmazdım ki, alim yalandan kitab yazar. Sən öz yazdığını həyata keçirə bilmədin. Məlum oldu ki, yazdıqların yalan imiş. Üstəlik, bu məlumatları kitab şəklinə salıb mənə təqdim etmisən. Gələcək nəsillər bu kitabı oxuyub çaşqınlığa düşəcəklər". Hökmdar əmr verir ki, kitabı cırılıb dağılana kimi Razinin başına vursunlar. Əlkimya haqqında olan kitabı müəllifin başına o qədər vururlar ki, axırda zərbələrdən gözləri zəifləyir. Razinin gözlərinə su gəlir, kor olmaq dərəcəsinə çatır. Onu təbibin yanına aparırlar. Təbib Razidən 50 dinar alır və müalicə edib gözlərini sağaldır, sonra deyir: "Əsil elm budur, sənin öyrəndiklərin deyil". Razi anlayır ki, indiyə kimi məşğul olduğu elmin heç bir faydası yox imiş; əksinə, bu məşğuliyyət axırda onun başına bəla açdı. Amma onu müalicə edən təbib doğru və faydalı elmi oxuduğu üçün həm xəstələrə şəfa verir, həm də özünə çörək pulu qazanır. Sağalandan sonra Razi ciddi-cəhdlə tibb elmini öyrənməyə başlayır, axırda məşhur təbib kimi ad-san qazanır.
(Rəvəzatül-cənnat, səh. 101, Həkim Razinin tərcümeyi-halı)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)





