Cəmiyyət

Təşəhhüddə şəhadət barmağı ilə işarə etmək olarmı?

20 Sentyabr 2013 19:57
4 Şərh     Baxış: 5 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az İslam.Az-a istinadən bildirir ki, belə bir hərəkət cəfəri məzhəbində yoxdur. Bu, əhli-sünnə məzhəblərinə aid olan bir əməldir. Sünnilər namazın son təşəhhüdündə Allahın vahidliyinə işarə olaraq sağ əlin şəhadət barmağını irəli uzadırlar. Bunun bir neçə qaydası var. Məsələn, maliki məzhəbində sağ əlin barmaqları bükülür, yalnız şəhadət barmağı uzadılır və ahəstə tərpədilir.

Hənbəlilər çeçələ və adsız barmaqları bükür, orta və baş barmaqları halqa kimi birləşdirir, şəhadət barmağını açıq saxlayırar. Hənəfilər "la ilahə" deyəndə şəhadət barmağını yuxarıya doğru qaldırır, "illəllah" deyəndə aşağı salırlar. Şəhadət barmağını yuxarı-aşağı hərəkət etdirmək barədə fikirlər müxtəlifdir. Bəzi əhli-sünnə alimləri bunu sünnət sayır, bəziləri isə məsləhət bilmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.