Cəmiyyət

İTV-nin daha bir əməkdaşı işdən çıxarıldı

7 Avqust 2013 16:13
0 Şərh     Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İTV-nin daha bir əməkdaşından açıqlama gəldi

"Avqustun 6-da bir sıra internet portallarında mənim İTV Həmkarlar İttifaqı Komitəsi sədrliyindən uzaqlaşdırıldığım barədə həqiqətə uyğun olmayan informasiya yayılıb. Bu vəzifədən səhhətimlə bağlı yazdığım ərizə əsasında çıxmağım nədənsə təhrif olunmuş, guya şirkət rəhbərliyi tərəfindən bu vəzifədən çıxarılmağım, hətta qovulmağım barədə şaiyə yayılan informasiyanın leytmotivini təşkil edib".

Bu sözləri İTV-nin əməkdaşı Azad Məmmədov "Qafqazinfo"ya göndərdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, uzun illər AzTV və İTV də yaradıcılıq sahəsində, habelə bir sıra məsul vəzifələrdə çalışmış, son illər isə İTV Həmikarlar İttifaqı Komitəsinə rəhbərlik edib: "Elə avqustun 6-da komitəyə yeni sədr seçkisi ilə bağlı keçirilən ümumi yığıncaqda baş direktor C.Quliyev və digər əməkdaşlar təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, ünvanıma tərifli sözlər söylədilər, fəailiyyətimə yüksək qiymət verdilər. Təbii ki, ərizə yazanda mən bütün bunları heç kimdən xahiş etməmişdim. Hər kəs qəlbinin hömkü ilə uzun illər birgə çalışdıqları, səmərəli fəaliyyəti göz qabağında olan iş yoldaşları barədə həqiqəti dilə gətirmişdilər. Təssüf ki, bəzi araqarışdıranlar iclas salonunu tərk edər-etməz mətbuata guya mənim tutduğum vəzifədən uzaqlaşdırıldığım barədə məlumat ötürüblər. Bunu gündəmdə olan bir məsələ ilə əlaqələndiriblər ki, heç demə mən işdən çıxan, yaxud çıxarılan əməkdaşların hüququnu müdafiə etdiyim üçün cəzalandırılmışam. Yeri gəlmişkən, komitənin yeni seçilmiş sədri Elşən Səfərova gələcək fəaliyyətində uğurlar arzulayıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.