"Avqustun 6-da bir sıra internet portallarında mənim İTV Həmkarlar İttifaqı Komitəsi sədrliyindən uzaqlaşdırıldığım barədə həqiqətə uyğun olmayan informasiya yayılıb. Bu vəzifədən səhhətimlə bağlı yazdığım ərizə əsasında çıxmağım nədənsə təhrif olunmuş, guya şirkət rəhbərliyi tərəfindən bu vəzifədən çıxarılmağım, hətta qovulmağım barədə şaiyə yayılan informasiyanın leytmotivini təşkil edib".İTV-nin daha bir əməkdaşından açıqlama gəldi