Cəmiyyət

Şorsulu-Xəzərkənd yolu əsaslı təmir edilir

26 İyul 2013 16:15
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, uzun illər idi ki, Şorsulu-Xəzərkənd kəndarası yolların bərbad olması əhalini ciddi narahat edirdi. Xüsusi ilə payız-qış mövsümündə vəziyyət daha gərgin olurdu. Yolsuzluqdan nəqliyyat vasitələri tez-tez sıradan çıxır, xəstəsi olanlar isə xəstələrini vaxtında xəstəxanaya çatdıra bilmirdilər. Bu da bəzən xoşagəlməz hallarla nəticələnirdi. Nəhayət, əhalini narahat edən bu problem öz həllini tapdı. Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə ayrılmış dövlət vəsaiti hesabına Şorsulu-Xəzərkənd yolunun yenidən tikintisinə başlanılıb. Tikintisinə ötən ilin axırlarından başlanılan yolun uzunluğu 30 kilometrdir. Hazırda yolun inşasına 40-a yaxın müxtəlif təyinatlı texnika və 150 nəfər işçi qüvvəsi cəlb edilib. Artıq yolun 17 kilometr hissəsi asfaltlanıb. Yeni yolun çəkilişi isə sakinlərin sevincinə səbəb olub.

Yolun üzərində 1-i böyük olmaqla, 11 körpünün tikintisi də aparılır.

Yolun tikintisi bu ilin sentyabr ayına kimi başa çatdırılacaq. Bundan sonra illərlə göz dağına dönən Şorsulu-Xəzərkənd yolundan rayonun 45 min əhalisi istifadə edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.