"Türkiyənin dövlət universitetlərində fakültədən asılı olaraq təhsil haqları 200-1200 dollar arasında dəyişir. Türkiyənin hər hansı şəhərində kirayə və yemək pulu isə qaldığın şəhərdən asılı olaraq təxminən 300-400 dollara başa gəlir". Bu sözləri bizimlə söhbətində təhsil almaq üçün xaricə tələbə göndərişlərini təşkil və təklif edən "Akademi Group" şirkətinin layihələr üzrə meneceri Razi Vəliyev bildirdi.
Qeyd edək ki, Türkiyədə 100-ə yaxın dövlət universiteti var və bu universitetlərdə təhsil haqları müxtəlifdir. Amma dövlət universitetlərinin heç birində ən prestijli ixtisaslarda belə təhsil haqqı 1500 manatı keçmir.
Türkiyədə ali təhsil ödənişsizdir
R.Vəliyev Ankara və İstanbul Dövlət Universitetlərində bəzi fakültələrdə illik təhsil haqlarını da dedi. Məlum oldu ki, sözügedən universitetlərdə təhsil alaraq mühəndis olmaq istəyənlər 750 manat, hüquqşünas və jurnalist olmaq arzusunu reallaşdırmaq istəyənlər 550 manat, türk dili və ədəbiyyatı, yaxud tarix, ingilis dili müəllimliyi ixtisasları üçün illik 550 manat, iqtisadiyyat fakültəsinə daxil olan mühasibat uçotu və audit, marketinq, menecment ixtisaslarının tələbələri isə 750 manat ödəməlidirlər. Stomatoloq və əczaçı olmaq istəyənlərə arzuları illik 900 manata başa gəlir, müalicə işinin tələbələri üçün isə illik təhsil haqqı 1100 manatdır. R.Vəliyevin sözlərinə görə, Türkiyənin digər şəhərlərində yerləşən universitetlərdə təhsil haqları sadaladığımız ixtisaslar üzrə hətta daha ucu başa gəlir.
Onu da deyək ki, ötən ildən Türkiyə ödənişsiz təhsil sisteminə keçid barədə qərar qəbul edib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, dövlət universitetlərində təhsil almaq istəyənlər pul ödəməyəcəklər. Sözügedən təhsil haqları yalnız ikinci ali təhsil almaq istəyənlər və əcnəbi vətəndaşlar üçün keçərlidir.
Qardaş ölkə ilə qiymət fərqləri
Türkiyənin dövlət universitetlərində təhsil haqları 200 manatdan başlayırsa, məntiqlə Azərbaycanda ali məktəblərdə təhsil haqqının daha ucuz olduğunu düşünmək olar. Çünki qardaş ölkədə müəllimlər Azərbaycandakından daha yaxşı maaş alırlar. Amma apardığımız kiçicik araşdırma tam tərsini göstərdi. Bəlli oldu ki, Azərbaycanın dövlət universitetlərində təhsil haqları Türkiyənin dövlət universitetlərindən 2-6 dəfə çoxdur. Belə ki, İstanbul Universitetində hüquqşünas olmaq üçün illik 550 manat ödəmək lazımdırsa, Bakı Dövlət Universitetində 3 min manat illiyi ödədikdən sonra hüquqşünas olmaq mümkündür. İstanbul və Ankara Universitetlərində illik 900 manat ödəməklə əczaçı və stomatoloq olmaq mümkündürsə, Azərbaycan Dövlət Tibb Universitetinə illik təxminən 3 dəfə çox, yəni 3 min manat ödəyib sözügedən ixtisaslara yiyələnmək olar. Azərbaycanda ən prestijli ixtisas sayılan müalicə işində oxumaq üçün illik 3 min manat, İstanbul universitetində isə 1100 manat ödəmək kifayətdir. Yeri gəlmişkən, onu da xatırladaq ki, Azərbaycan Tibb Universitetinin diplomları ilə Avropa ölkələrində olduğu kimi, Türkiyədə də işləmək mümkün deyil.
Digər ixtisasların müqayisəsinə gəlincə, Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumaq 1500, filologiyada oxumaq 1200 manata, İstanbul və Ankara Universitetlərində, bu, cəmi 550 manata başa gəlir.
Azərbaycan Dövlət iqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alanlar 1900, Azərbaycan Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat, həmçinin menecment ixtisasları üzrə təhsil haqları 2 min manat, İstanbul və Ankara universitetlərində sözügedən ixtisaslar üzrə təhsil haqları isə cəmi 750 manatdır.
Xatırladaq ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı təxminən 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.
Qanunauyğunluq, konsepsiya olmalıdır
Qonşu ölkədəki dövlət universitetləri ilə ölkəmizdəki dövlət universitetlərində təhsil haqları arasındakı kəskin fərqə münasibət bildirən təhsil üzrə ekspert Əjdər Ağayev bildirdi ki, Azərbaycanda təhsil haqları müəyyənləşərkən nə təlimin keyfiyyəti, nə də insanların imkanları nəzərə alınmayıb: "Türkiyədə bu məsələlərə xüsusi nəzarət mexanizmi var. Hər hansı ali məktəbə imkan verilmir ki, istədiyi qiyməti qoysun. Müəyyən qurumlar əhalinin sosial vəziyyətini, onun illik nə qədər təhsil haqqı verə biləcəyini hesablayır və real vəziyyət nəzərə alınmaqla təhsil haqları müəyyənləşdirilir. Dəfələrlə mətbuatda da yazılıb ki, Tarif Şurası təhsil haqlarının miqdarına qiymət qoysun, bunun bir norması yaransın".
Ə.Ağayevin fikrincə, Azərbaycanda təhsil haqlarının yüksək olmasının təhsilin keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur: "Bu, sadəcə, ehtiyacdan yaranıb. Ali məktəblər düşünürlər ki, pula ehtiyac çoxdursa, bunu tələbələrin hesabına ödəməlidirlər. Beləliklə, tələbənin ödəniş haqqını çox qoyurlar. Nəticədə tələbələr çox əziyyət çəkir, adam var hardansa borc alır, adam var kifayət qədər bal toplasa da, təhsil haqqını verə bilmədiyindən oxumur. Düşünürəm ki, burada bir qanunauyğunluq, konsepsiya olmalıdır. Hələ ki, Azərbaycanda bunu görmürəm".
Heç bir məmur liseydə uşağı "tapşır"a bilməz
Digər təhsil eksperti Məhərrəm Zülfüqarlı bildirdi ki, təhsil Türkiyə dövlətinin siyasətində aparıcı rol oynayır: "Dünyanın müxtəlif ölkələrində türk liseyləri fəaliyyət göstərir və keyfiyyətinə görə fərqlənirlər. Türklər başqa ölkələrdən tələbələrinin Türkiyəyə gəlməsinə və 1-ci kursa qəbul olunmamışdan əvvəl türk dilini öyrənməsinə böyük vəsait ayırırlar. Türkiyəyə gəlib, türk dilini öyrənib təhsil alan hansısa ölkənin tələbəsi gələcəkdə Türkiyə dövlətçiliyini təbliğ edən təbliğatçıya çevrilir. Bu baxımdan Türkiyə hökuməti başqa sahələrdən kəsərək təhsilə böyük diqqət ayırır. Bu da ona gətirib çıxarır ki, orada ödənişli təhsil haqqı simvolik xarakter daşıyır".
M.Zülfüqarlının fikrincə, Azərbaycanda da sözügedən təcrübədən istifadə etmək olar və dövlətin buna gücü çatar: "Neft və qazla zəngin olan Azərbaycan da təbliğat üçün belə bir nümunədən istifadə etməlidir".
Azərbaycan və Türkiyə təhsili arasındakı fərqə gəlincə müsahibimiz dedi ki, Azərbaycanda yenə də təhsildə tapşırıqla qiymət yazmaq, qohumbazlıq, yerlibazlıq halları güclüdür və bu, təhsilə böyük zərbə vurur. Türkiyə təhsilində isə biz bunu görə bilmərik: "Adicə Azərbaycanda fəaliyyət göstərən türk liseylərini götürək. Heç bir rəhbər qurum liseydə oxuyan hansısa uşağı tapşıra bilməz. Amma bəla burasındadır ki, Azərbaycan məktəblərinə bu cür müdaxilələr var".
Kaspi.az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda təhsil haqqı paradoksu - ARAŞDIRMA
16 İyul 2013 18:36
0 Şərh
Baxış: 2 062

DİGƏR XƏBƏRLƏR
-
Velosiped sürmək kişilərdə sonsuzluq yaradır - Androloq
-
Valideynlər bağça seçərkən nələrə diqqət etməlidir? - Mütəxəssis AÇIQLADI
-
Nəsimi festivalı ilk dəfə Şamaxıdakı Nəsimi Bağlarında
-
"50 qəpiyə görə "tormoz" verdi, qəza etdi"
-
Narkomaniya xəstəliyi ilə əlaqədar yeni tibb müəssisəsi açılacaq
-
Novruzəli Aslanov: “2023-cü ilin avqust-sentyabr aylarında AzQAC-ın əməkdaşları Rusiya sülhməramlıları postunun qarşısında 29 gün çadırlarda gecələməli olmuşdular”
XƏBƏR LENTİ
-
Qış öncəsi təkər bazarında vəziyyət - VİDEO
-
Payızda dəriyə necə qulluq edək? - AÇIQLAMA
-
Alimlərdən gözlənilməz nəticə: Artıq çəki həmişə təhlükəli deyil
-
Həkim xəbərdarlıq edir: Xiyarın çox istifadəsi şişkinliyə səbəb ola bilər
-
Dişləri ağartmaq üçün limon suyu sürtmək olar? - Açıqlama
-
Artıq çəkili insanları sevindirəcək xəbər - 450 min insan üzərinə araşdırıldı: Nəticə təəccübləndirir
-
Qadınlarda istəyin azalma səbəbi açıqlandı
-
Tramp Britaniyada etiket qaydasını pozdu - FOTO
-
2 ölkə qlobal planları alt-üst edəcək tarixi sazişə imza atdı
-
Yuxunun həyatımıza təsiri
-
Vüsalə efirə bu tarixdə qayıdır
-
Sentyabrın 21-də səmada nə baş verəcək?
-
Bakıda aeroportda yeni taksi qaydaları: Ərazi və qiymət açıqlandı - siyahı
-
FED faiz qərarını açıqladı – qızıl rekord qırdı, dollar kəskin ucuzlaşdı
-
Bu simptomlara diqqət - İçməli sudan keçir, beyni yavaş-yavaş məhv edir
-
Gəncədə zəncirvari qəza - xəsarət alanlar var
-
22 yaşlı Mənzər meyiddən ona necə orqan köçürülməsindən DANIŞDI - VİDEO
-
COVİD19-un ən uzunmüddətli yoluxma halı qeydə alındı - 2 il daşıyıcı olub
-
Günün qoroskopu: Risk etməyin
-
Saç tökülməsinin gizli səbəbləri – Gündəlik qidalanmada böyük səhvlər
-
"Eşref Rüya"da yeni sima - FOTO
-
Məktəblərin yüksək keyfiyyətli internetlə təmin edilməsi təhsilə nə qazandırır?
-
Yerə nəhəng asteroid yaxınlaşır: NASA-dan xəbərdarlıq
-
Bu Çin avtomobili Rusiya bazarını tərk edir