Hər il ali məktəbi bitirən kifayət qədər pedaqoji kadrlar olsa da, hələ də Azərbaycan məktəblərində müəllim çatışmır. Ucqar rayon və kənd məktəblərində fənn müəllimlərinə ehtiyacın olması əsasən onunla əlaqədardır ki, ali məktəbi bitirən tələbələr rayona qayıdıb işləmək istəmirlər. Buna görə də kənd məktəblərində bəzən bir müəllim bir neçə fəndən dərs deməli olur. Hətta bəzən əmək və ya bədən tərbiyəsi müəllimi biologiya, tarix, fizika kimi fənləri tədris edir.
Araşdırmaya görə, bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiyada bu məsələyə kifayət qədər həssas yanaşılır. Rusiyanın ucqar əyalətlərində müəllim işləyənlərə işıq, istilik, ümumiyyətlə, yaşayış xərclərini ödəmək üçün müəyyən kompensasiyalar verilir. Şəhər mərkəzlərinə nisbətən yaxın ərazilərdə isə kommunal xərclərin 50 faizi dövlət büdcəsindən ödənilir.
Bəzi müəllimlərə ağır iş şəraitinə, xüsusi rejimdə işlədiklərinə və zərərli işə görə (məsələn kimya müəllimlərinə 8%-dən 12%-dək) əlavə kompensasiya ödənilir. 2011-ci ildə Rusiya prezidentinin sərəncamıyla yaşı 35-dən çox olmayan gənc pedaqoqlara güzəştli ipoteka verilir.
Bəs Azərbaycanda necədir? Təhsil Nazirliyindən verilən açıqlamaya görə, Azərbaycanda 2013-2014-cü tədris ilində 3184 müəllimə ehtiyac var. Bunlardan 435 nəfər Bakı şəhəri üzrə, 2749 müəllim isə digər rayon və şəhərlər üzrədir.
Nazirlikdən verilən məlumata görə, Bakı şəhərində, əsasən, ibtidai sinif, fiziki tərbiyə və ingilis dili müəllimlərinə, digər rayon və şəhər məktəblərində isə daha çox kimya, biologiya, coğrafiya, fizika, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili, informatika və ibtidai sinif müəllimlərinə ehtiyac var.
Bəs Təhsil Nazirliyi ucqar ərazilərə müəllimlərin cəlb edilməsi üçün hansı tədbirləri görür, güzəştlər tətbiq olunurmu?
Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən, gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün xüsusi dövlət sifarişi nəzərdə tutulur: "Kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə həmin müddət ərzində müəyyən həvəsləndirmə tədbirləri tətbiq edilir. Gənc mütəxəssislərə 3 il ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat əlavə ödənilir. Yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir. Bunlardan əlavə, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur".
Lakin əsas problem də bundan sonra başlanır. Azərbaycanda güzəştlər 3 il bitdikdən sonra kəsilir. Kəndə gedən müəllimlər isə çox zaman bu müddətdən sonra geri dönürdülər.
Təshil eksperti Əjdər Ağayevin bildirdiyinə görə, sosial vəziyyəti normal təmin olunan istənilən müəllim kənd yerində qalıb işləyər. Ekspert hesab edir ki, kənd yerlərində müəllimlərin maaşları az olur. Bu, müəllimlərin özlərini təmin etməyə imkan vermir. Əjdər Ağayev fikrincə, ucqar kənd yerlərinə gedən müəllimlərin şəraitini yalnız 3 illik güzəştlərlə yaxşılaşdırmaqla kifayətlənmək olmaz. Ekspert bu müddətin artırılmasını və müəllimlərin maaşlarının artırılmasını daha düzgün hesab edir.
Əjdər Ağayev ümumilikdə məsələnin həllinə rayonların icra və bələdiyyə nümayəndələrinin də cəlb olunmasını vacib sayır: "Onlar müəllimlərin yaşayış şəraitinin normal təşkil olunmasına yardım etməlidir. Ona görə də kənd yerlərinə gedən müəllimlərin maaşları artırılmalı, müqavilə vaxtı uzadılmalıdır. Rayonun icra və bələdiyyə nümayəndələri bu insanların şəraitinin normal olmasını təmin etməlidir. Müəllimin kəndə bağlanması üçün hətta onun kənddə ailə qurmasına da şərait yaratmalıdırlar. Bir sözlə, stimullaşdırıcı tədbirlərə çox böyük ehtiyac duyulur".
Ekspert Məlahət Mürşüdlü isə düşünür ki, problemin həlli üçün hökumət qarşısında bu məsələni ciddi şəkildə qoymaq lazımdır. Həmin proqramın davamı olaraq yeni meyarlar əsasında dövlət proqramı hazırlanmalıdır ki, bu, ali məktəbləri bitirmiş müəllimlərə tətbiq olunsun.
Ekspert hesab edir ki, Azərbaycanın iqtisadi inkişafı bu güzəştlərin daimi olmasına imkan yaradır və məsələni tam həll edə bilər.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Müəllimlərə güzəştli ipoteka kreditləri veriləcək? - ARAŞDIRMA
15 İyun 2013 14:52
0 Şərh
Baxış: 1 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bəzi avtobusların hərəkətində ləngimə olacaq
-
Gəmi kapitanı qəfil vəfat etdi - FOTO
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTO
-
Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN VİDEOsu
-
Amerikada təhsil alan azərbaycanlı gəncin uğuru: Pasiyent və həkimi birləşdirən “Care” platforması
XƏBƏR LENTİ
-
Yaponlar işə götürərkən qan qrupunu soruşurlar: Budur səbəbi
-
Nə ayran, nə də süd: İçən anındaca yuxuya gedir
-
Dünyanın ən bahalı əşyası - Trilyon dollar dəyərində
-
Uzun müddət güzgüyə baxmaq görün nəyə səbəb OLUR?
-
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
-
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
-
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
-
Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
-
Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz
-
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!: Xarab olmasının qarşısını alan ən sadə üsul
-
“Meydanda olan orada qalır”
-
Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
-
Hər kəs pəncərəsinin önünə darçın qoymağa başladı
-
"İcazə vermərəm ki, haqqımda bunu desinlər"
-
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
-
Böyük enerji böhranına qarşı ölkələrin ilginc addımları: İşçilərə qısaqollu köynək çağırışı
-
“Yeraltı” izləyicilərinə pis xəbər
-
Bəzi avtobusların hərəkətində ləngimə olacaq
-
Gəmi kapitanı qəfil vəfat etdi - FOTO
-
"Qarabağ" "Sabah"la heç-heçə etdi
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
"Neftçi"də ciddi itki
-
Əfqanıstanda güclü zəlzələ oldu
-
Firuzə Cəlilovaya vəzifə verildi





